Accessibility links

Ukrayna Rusiya tankerini saxlayıb


Ukraynanın Təhlükəsizlik Xidməti Hərbi Prokurorluqla birgə Rusiyanın Neyma tankerini saxlayıb. İyul 25-də ələ keçirilən tankerdə axtarış aparılıb, 10 nəfərdən ibarət heyət üzvü sorğu-suala çəkilib.

Bir neçə saatdan sonra Rusiyanaın Kiyevdəki səfirliyi tankerin azad edildiyini və saxlanılan dənizçilərin vətənlərinə yola düşdüyünü bəyan edib.

Rusiya IMO 8895528, MMSI 273347000 nömrəli Rusiya bayrağı altında üzən tankerin Odessa vilayətindəki İzmail limanına təmir üçün getdiyini bildirib.

Gəmi iyulun 24-də NİKA SPİRİT adı altında İzmail limanına daxil olub.

Ukrayna Təhlükəsizlik Xidməti və Hərbi Prokurorluğun məlumatına görə, gəminin həmin insidentdə iştirakını gizlətmək məqsədilə adını dəyişdirilib.

Bunu beynəlxalq informasiya sitemi vasitəyi ilə müəyyən edə biliblər.

Rusiya 2018-ci il noyabrın 25-də Kercdə Ukraynanın 3 hərbi gəmisini və 24 heyət üzvünü saxlayıb.

Ukrayna dənizçiləri hazırda Rusiyada həbsdədirlər.

Beynəlxalq ictimaiyyət dəfələrlə Rusiyanı, Ukrayna gəmiləri və heyət üzvlərini azad etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG