Accessibility links

Ukrayna və Rusiya sülhün bərqərar edilməsi yollarını müzakirə edib [Fotoqalereya]


Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın şərqidə qan axıdılmasına son qoyulmasının effektiv yolunun Ruisya ilə sərhədlərin möhkəmləndirilməsi olduğunu deyib.

Rusiyalı həmkarı Vladimit Putinlə görüşündən sonra Minskdə danışan Poroşenko bildirib ki, Avropa və bütün dünyanın taleyi müzakirələr mövzusu olub. O, birlikdə sülhün bərqərar edilməsi üçün doğru çarə tapılmasının vacibliyini vurğulayıb. Poroşenko separatistlərin silahlandırlmasının dayandırılması çağırışlarını bir daha təkrar edib.

Putin isə öz növbəsində Ukraynanı Rusiya tərəfdarı separatistlərə qarşı hücumların artırılmamasına çağıraraq, Avropa Birliyi ilə ticarət razılığının imzalandığı təqdirdə, Ukraynaya qarşı iqtisadi cəzaların tətbiq ediləcəyini deyib.

Tərəflərin görüşündə Belarus və Qazaxıstanın prezidentləri, Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri Ketrin Eşton da daxil edilməklə, qurumun yüksək səlahiyyətli nümayəndələri iştirak edib.

Rusiya ilə Ukrayna liderlərinin rusiyapərəst separatçılarla münaqişənin həlli yollarını müzakirə etmək üçün görüşündən bir neçə saat əvvəl Ukrayna öz ərazisində ələ keçirdiyi Rusiya əsgərlərinin videosunu yayımlayıb.

Ukraynanın 10 rus əsgərini ərazisində ələ keçirməsi ilə bağlı görüntülər gərginliyi daha da artırıb. Moskva isə əsgərlərinin Ukrayna ərazisinə təsadüfən keçdiklərini iddia edir.

Bu gün yayımlanan video Ukrayna prezidenti Petro Poroşenko və Rusiya prezidenti Vladimir Putinin Minskdə təşkil edilən görüşündən əvvəl Kiyevin Moskvanın yaraqlılara yardımı ilə bağlı iddialarını daha da gücləndirib.

Avropa Birliyinin yüksək səviyyəli rəsmiləri, Qazaxıstan və Belarus liderlərinin də iştirak edəcəyi görüş beş aydır davam edən və 2 mindən şox insanın həyatına son qoyan münaqişənin həlli ilə bağlı yeni diplomatik səydir.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG