Accessibility links

Ukrayna parlamenti: Rusiya təcavüzkar dövlətdir


Ukrayna parlamenti Rusiyanın təcavüzkar dövlət kimi tanındığı bəyanatı qəbul edib. Eyni zamanda, Avropa İttifaqının liderləri Ukraynanın şərqində separatçıları dəstəklədiyinə və regionda zorakılıqları aızışdırdığına görə Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Ukrayna qanunvericiləri həmçinin Rusiyanın dəstəklədiyi separatçıarlın Ukraynın Donetsk və Luqansk regionlarında elan etdiyi “xalq respublikaları”nı terrorçu təşkilatlar kimi tanınmasına səs verib. Parlament beynəlxalq ictimaiyyəti qeyri-hərbi yardımı artırmağa və Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

Rusiyanın Xarici İşlər nazirinin müavini Qriqori Karsin Rusiyanın təcavüzkar dövlət kimi səciyyələndiriləməsini məsuliyyətləsiz və düşnücəsiz addım adlandırıb və bunun Ukraynada kompromisin əldə edilməsi istiqamətində səylərin qarşısını aldığını deyib.

Brüsseldə Avropa İttifaqının liderləri Ukraynanın cənub-şərqində Mariupolda 30 adamın ölümü və 100-dən çox adamın yaralanması ilə nəticələnmiş hücumu qınayan bəyanatla çıxış edib. ATƏT Mariupola raketlərin separatçıların nəzarətində olan ərazidən atıldığını bildirib.

Avropa İttifaqının liderləri Rusiyanın separatçılara dəstəyi davam etdirib gücləndirdiyinə dair dəlilin olduğunu bildiriblər. Bunu Rusiyanın məsuliyyətini olduğunu vurğulayan Avropa İttifaqı blokun xarici işlər nazirləinin Moskvaya qarşı daha sərt sanksiyaları nəzərdən keçirdiyini bəyan edib.

XS
SM
MD
LG