Accessibility links

Ukraynalı polkovnik ABŞ hərbi hospitalında müalicə olunur [Video]


Ukraynalı polkovnik ABŞ hərbi hospitalında müalicə olunur
please wait

No media source currently available

0:00 0:03:17 0:00

Ağır yaralanan polkovnik İhor Hordiyçuk və onun xanımı Tatyana üçün Vaşinqtona təyyarə ilə gəlmək 10 saat çəkib. Ancaq bir gün sonra Valter Rid Səhiyyə Mərkəzinə gətirildikdən bir gün sonra o, artıq reabilitasiya prosesi üçün lazımı hərəkətləri etməyə başlamışdı.

İhor Hordiyçuk: "Mən özümü daha güclü hiss edirəm. Hətta bir neçə saat dumadan idman edə bilərəm."

Bu onun Birləşmiş Ştatlara ilk gəlişi deyil. Hordiyçuk ingilis dili v təhsilini ABŞ Hərbi Akademiyasında alıb.

"Mükəmməl! Mən səni ilk dəfə belə gəzən görürəm. Bu çəkiliş üçündür?"

Fiziki terapevt Jessica Goodine bir çox veteran rehabilitasiya prosesindən keçməyə kömək edib. Ancaq o deyir ki, Ukraynadan olan polkovnikin iradəsi onu heyran edib.

Cessika Qudin: "O, bu prosesdən zövq almağa çalışır. İlk gün kinayəli və zarafatcıl idi. Zarafat edərək prosesi yüngüllləşdirməyə çalışırdı. O tezliklə müalicə olub və Ukraynaya geri dönməyə xalqına kömək etməyə can atır. Onun motivasiyası inancını da aşıb. Doğrusu o elə bir pasientdir ki, mən onu dayandırmaq məcburiyyətində qalıram."

Hordiyçuk avqust ayında Ukrayna Xüsusi Qüvvələrinə rusiyapərəst separatçılarla döyüşdə rəhbərlik etdiyi vaxt yaralanıb. Geri çəkilmək məcburiyyətində qaldıqları zaman, Grad roketinə məruz qalıblar.

İhor Hordiyçuk: "Roketdən yayılan qəlpələr mənim boynuma dəydi. Həmin hissə dəbilqənin qurtaracağı yerdir. Beləliklə boynum qorunmurdu və hər şey belə baş verdi."

Üsyançılar ağır yaralanmış polkovniki döyüş bölgəsində buraxmışdılar. Onlar onun bir neçə saatdan çox yaşamayacağını düşünürdülər.

İhor Hordiyçuk: "Həkimlər mənə travmanın çox ağır olduğunu dedilər və mənim normal vəziyyətimə gəlməm iki il çəkəcək. Ancaq ən azı müstəqil gəzməyə başlamaq, bu mənim arzumdur. Mən yenidən gəzməyi öyrənmək üçün bir ilə yaxın vaxt sərf etməliyəm."

Hordiyçukun daha bir əməliyyat keçirəcəyi gözlənir və daha sonra rehabilitasiyasına davam edəcək. O, Allahın ona kömək edəcəyinə inanır və onu müharibədən sağ çıxmasına inancının səbəb olduğunu düşünür.

Hordiyçuk Ukraynada, cəbhə bölgəsində baş verənləri ətrafındakı insanlarla bölüşür. O həmçinin ölkəsinə xidmətə davam edəcəyini hər kəsə deyir. Başa düşür ki, əvvəlki kimi döyüşə bilməsə də Ukrayna qüvvələrinə öyrədəcəyi çox şey var.

XS
SM
MD
LG