Accessibility links

Kyivdə Volodimir Zelenskinin Ukraynanın şərqində seçkilər planına eiraz edilib


Kyivdə minlərlə insan prezident Volodimir Zelenskinin Ukraynanın şərqində yerli seçkilər keçirilməsi planına eiraz olaraq yürüş keçirib. Etirazçılar bu qərarı Rusiyaya təslim olmaq kimi qiymətləndirir.

Okyrabrın 1-də Minskdə üçtərəfli kontakt qrupunun iştirakçıları olan Rusiya, Ukrayna və ATƏT “Steinmeier formulu” adlı sənədə dair razılaşma əldə edib.

Almaniya prezidenti Frank-Ualter Steinmeyerin adını daşıyan bu formul Ukrayna ərazisində rusiyayönlü separatçıların nəzarətində olan bölgələrə xüsusi statusun verilməsini nəzərdə tutur.

Bu razılaşmaya görə, Ukrayna bu regionlarda ATƏT-in müşahidəsi altında yerli seçkilərin keçirildiyi gündən etibarən Donetsk və Luhansk vilayətlərinin bəzi ərazilərinə xüsusi status vermək öhdəliyi götürür.

Bu seçkilərin beynəlxalq standartlara uyğun olduğu tanındıqdan sonra Ukrayna qanunvericiliyi ilə bu status daimi olaraq təsbit edilir.

Sənəddə yerli seçkilərin keçirildiyi vaxt bölgədə qoşunların olması və ya seçkinin keçirilməsi qaydaları təsbit olunmayıb.

Ukraynanın şərqindəki münaqişəni aradan qaldırılması yolunda Moskva ilə Kyiv arasında danışıqların üç il davam edən fasiləsindən sonra ilk dəfə beynəlxalq zirvə görüşünə fürsət yaranıb.

Avropa qüdrətləri olan Fransa və Almaniya da sülh səylərinə qatıldıqlarını bildirib.

Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılarla Ukraynanın hökumət qüvvələri arasında beş ildən çoxdur davam edən münaqişə 13 mindən çox insanın həyatına son qoyub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG