Accessibility links

Ukrayna Şimali Koreya ilə bağlı ittihamları rədd edir [Video]


Ukrayna Şimali Koreya ilə bağlı ittihamları rədd edir
please wait

No media source currently available

0:00 0:01:52 0:00

Ukrayna rəsmiləri və təhlilçiləri kommunist rejim tərəfindən istifadə edilən raket texnologiyaların mənbəsinin Sovet dövründən qalan silah zavodunun olduğunu inkar edirlər.

Ukrayna rəsmiləri və təhlilçiləri Şimali Koreya raketlərinin istifadə etdiyi texnologiyanın mənbəsinin Sovet dövründən qalan silah zavodunun olduğunu inkar edirlər.

“Bunların qəbul edilmiş ixrac proseslərindən kənar keçirdilməsi, sadəcə mümkün deyil. Ola bilər ki, Şimali Koreya Rusiya raketləri söküləndən sonra qalan mühərrikləri əldə edib. Bu mümkün ehtimaldır.”

New York Times qəzetində çıxan hesabatda deyilir ki, Pxenyana kömək Ukraynanın daxilindən edilib. Lakin məqalə onu da qeyd edir ki, həmin köməyin arxasında Rusiya da dayana bilər.

“Texnologiyaların keçirilməsi ilə bağlı çoxlu qeyri-müəyyənliklər mövcuddur. Amma düşünürəm ki, mənbənin Rusiya və ya Ukrayna olması ehtimalı çoxdur.”

Digər təhlilçilər mübahisə edirlər ki, Şimali Koreya mühərriklər istehsal etmək gücündədir və qıraqdan dəstəyə ehtiyacı yoxdur. Buna baxmayraq, onlar Ukrayna ilə bağlı tədqiqatın aparılması fikrini dəstəkləyirlər.

“Ukrayna tərəfindən bu tədqiqatın aparılması təklifi bizim ölkəyə qarşı səslənən davamlı hücumlara son qoyacaq. Dəfələrlə eşidirik ki, Ukrayna həmişə beynəlxalq sazişlərə zidd olaraq nəsə satır.”

Bu ittihamlar Şimali Koreyanın ABŞ ərazisi olan Quamı raketlə vurmaq hədələrindən sonra daha da intensivləşib.

Bəzi ekspertlərin fikrincə, Ukrayna narahatdır ki, bu ittihamlar ABŞ-ın Ukrayanaya müdafiə xarakterli silahlarla dəstək göstərmək qərarına təsir edə bilər.

“Ukraynaya döyüş silahlarının verilməsi imkanı davamlı olaraq müzakirə edilən mövzudur. Bu ittihamlar isə prosesə mənfi təsir göstərə bilər.”

İttihamların araşdırıldığı biz zamanda, Şimali Koreya höküməti hədələrindən geri çəkildiyi görünür. Dediklərinə görə, onlar ABŞ-ın nə addım atacaqlarını gözləyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG