Accessibility links

Ukraynaya silah satan Texas şirkəti [Video]


Ukraynaya silah satan Texas şirkəti
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Tramp administrasiyası ABŞ-ın ən böyük müdafiə silahı istehsalçısına Ukrayana silah satmağa “yaşıl işıq” yandırıb. Dövlət Departamenti bu həftə 41.5 milyon dollar dəyərində kiçik silah satışına kommersiya lisenziyası verib.

Ukrayna qoşunları və Rusiyanın dəstəklədiyi separatçılar arasındakı münaqişənin üçüncü ilində, Tramp administrasiyası rəsmiləri Ukraynanı döyüş təyinatlı silahlarla təmin edəcəklərinə işarə etdilər.

“Əgər sən aqressor deyilsənsə, müdafiə silahları provokativ deyil və Ukrayna, aydındır ki, aqressor deyil. Belə ki, döyüşlər baş verən yerlər onların ərazisidir. ”

Dövlət Departamenti bu həftə deyib ki, onlar ixrac lisenziyasını təsdiq edərək, Ukraynaya ABŞ istehsalçılarından müəyyən növ yüngül və kiçik silahlar, yarı-avtomatik tüfənglər, hərbi binokllar almağa icazə verib. Bu icazə, Javelin tank əleyhinə raketlər kimi ağır silahlara şamil edilmir.

Təsdiq edilən kommersiya lisenziyasının dəyəri 42 milyon dollardır.

Bu, Ukraynaya kommersiya məqsədli ilk silah satışı deyil.

Texasın Sprinq Branç şəhərində yerləşən AirTronic USA şirkəti keçən ildən bəri Ukraynaya döyüş təyinatlı silahlar göndərir.

“Biz Varşava Paktı sursatlarına bənzər sistemlər istehsal edirik. Məsələn PSRL. Bu çiyində tutularaq buraxılan raket qurğusudur.”

AirTropic USA şirkətinin icraçı direktoru Riçard Vandiver deyir ki, satışlar qısa məsafəli müdafiə silahları ilə, xüsusilə də PSRL ilə məhdudlaşıb.

“Bizim sistemlərin həyat tsikli, şirkətimiz tərəfindən verilən zəmanətə müvafiq olaraq, Şərqdə istehsal edilənlərdən 3-4 dəfə daha uzundur. Bundan əlavə, biz inanırıq ki, bizim sistemlər daha dəqiq çalışır.”

Şirkətinin Ukrayna ilə bağladığı müqavilənin təfərrüatı haqqında danışmasa da, Vandiver deyir ki, AirTronic USA-in fəaliyyəti ABŞ və Ukrayna hökümətləri tərəfindən yaxından koordinasiya edilir.

Dövlət Departamentinin son müdafiə xidmətləri siyahısında 2016-cı ildə Ukraynaya təsdiq edilən hərbi sursatların satşının dəyərinin 27 milyon dollar olduğu göstərilir.

XS
SM
MD
LG