BMT-nin Uşaq Fondu Ukraynanın şərqində 750 min yaxın uşağın sudan yaranan xəstəliklər riski barədə xəbərdarlıq verir. Belə ki, döyüşlər təmiz su ehtiyatını tükətməkdədir.
BMT-nin təxminlərinə görə, Rusiyayönümlü yaraqlılar və hökumət qüvvələri arasında döyüşlər 10 min insanın ölümü, 23 500-dən çox adamın yaralanmasına səbəb olub.
Uşaq fondu döyüşlərin artması ilə insanların həyati təhlükəsinin də artdığını bildirir.
Agentliyin hesabatında bildirilir ki, döyüşlər su infrastrukturuna ziyan vurmaqla yanaşı, 400 min insanın təmiz sudan məhrum edəcək. 100 min uşaq bir həftə ərzində 4 gün susuz qalıb.
Su boruları təmir edilir
Su borularına dəyən ziyan aradan qaldırılıb. Lakin UNİCEF Ukraynanın şərqində 3 milyon insanı su ilə təmin edən infrastrukturun cəbhə xəttində olduğunu deyir.
Əgər bu infrastruktura ziyan dəysə, 750 min uşaq daxil olmaqla, minlərlə insan tamamilə susuz qalacaq.
Digər problemlər
UNICEF Ukraynanın şərqində 4 milyon insanın humanitar yardımlara ehtiyacı olduğunu bildirir. Qurum 3 ildən çoxdur davam edən qarşıdurmalarda ən çox uşaqların ziyan çəkdiyini vurğulayır.
UNICEF on minlərlə uşağın minalar və partlamamış qurğuların təhlükəsi altında olduğunu bildirir.