Accessibility links

Ukraynanın şərqində Malayziya sərnişin təyyarəsi qəzaya uğrayıb


Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Rusiyapərəst separatçılar tərəfindən vurulmuş Boeing 777-nin qalıqları yaxınlığında işləyirlər. Qrabovo, Donetsk, Ukrayna. 17 iyul, 2014.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Rusiyapərəst separatçılar tərəfindən vurulmuş Boeing 777-nin qalıqları yaxınlığında işləyirlər. Qrabovo, Donetsk, Ukrayna. 17 iyul, 2014.

Rusiya mətbuatının məlumatına görə, Amsterdamdan Kuala Lumpura uçan Malayziya təyyarəsi hökumət qüvvələri ilə separatçılar arasında döyüşlərin vüsət aldığı şərqi Ukraynada qəzaya uğrayıb.

Ukrayna daxili işlər nazirliyi rəsmisi Anton Geraşçenko deyib ki, təyyarə yer-hava raketi ilə vurulub.

Malayziya Hava Yollarının Twitter hesabında bildirib ki, təyyarə Ukrayna hava hövzəsində olarkən laynerlə əlaqə kəsilib. Təyyarədə 280 sərnişin və 15 ekipaj üzvü olub.

Ağ Ev xəbər verir ki, ABŞ rəsmiləri Ukrayna rəsmiləri ilə insidenti müzakirə ediblər, amma əlavə detallar açıqlamaqdan imtina edib.

Ukrayna Prezidenti Petro Poroşenko qəzanın səbəblərini araşdırmaq üçün Beynəlxalq Mülki Aviasiya təşkilatı ilə yaxından əməkdaşlıq edəcək dövlət komissiyası yaradılmasına göstəriş verib.

Rusiyanın İnterfaks xəbər agentliyi "aviasiya dairələrindəki bir mənbəyə" istinadən bildirib ki, təyyarə Ukraynanın şərqindəki Snejnoye şəhəri yaxınlığında qəzaya uğrayıb. Ərazidə rusiyapərəst separatçılarla Ukrayna qüvvələri arasında ağır döyüşlər gedir.

XS
SM
MD
LG