Accessibility links

Kört Volker: Ukraynanın şərqində gedən qızğın müharibənin məsuliyyətini Rusiya daşıyır


ABŞ-ın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Ukraynanın şərqində gedən qızğın müharibənin məsuliyyətini Rusiyanın daşıdığını deyib.

Dövlət Departamentinin nümayəndəsi Kört Volker Rusiya, Almaniya və Fransalı həmkarları ilə görüşdən əvvəl regionda olub.

O deyib ki, bu, dondurulmuş müharibə deyil.

"Bu, qızğın müharibədir. 10 mindən çox insanın ölümünə səbəb olan bu böhran tez bir şəkildə həll edilməlidir"- deyə Volker bildirib.

Donetsk vilayətində danışan nümayəndə münaqişənin çoxsaylı insan həyatı bahasına başa gəldiyini deyib.

Volkerin səfəri 11 adamın öülümünə səbəb olan döyüşlərdən sonraya təsadüf edir.

Ukraynanın şərqi Donbas vilayətindəki döyüşdə doqquz Ukrayna hərbi qulluqçusu həlak olub, 5 nəfər yaralanıb. Bu barədə iyulun 20-də Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna rəsmi xəbər agentliyi yazır ki, rusiyayönümlü separatçılar hökumət qoşunlarının mövqelərini iriçaplı artilleriyadan atəşə tutub. Bildirilir ki, nəticədə yaşayış evinə də zərər dəyib, amma dinc əhali arasında ölənlərin olması barədə hər hansı məlumat yoxdur.

Özünü “Donetsk Xalq Respublikası” (DXR) elan etmiş hökumət isə bəyan edib ki, Ukrayna ordusu sutka ərzində 30 dəfə atəşkəsi pozub, Trudovski kəndinin iki sakini yaralanıb. Bu məlumatın müstəqil mənbələrdən təsdiqi yoxdur.

Donbasda gedən müharibədəson üç il ərzində 3 mindən çox dinc sakinin öldüyü bildirilir. Kiyev və Qərb ölkələri Rusiyanı separatçılara silahlı dəstək verməkdə günahlandırır. Kreml isə bu ittihamları rədd edir.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG