Accessibility links

Vladimir Zelenskinin andiçmə mərasimi mayın 20-nə təyin edilib


Ukraynada deputatlar yeni seçilmiş prezident Vladimir Zelenskinin andiçmə mərasimini mayın 20-nə təyin edib.

Mayın 16-da 315 deputat bu tarixin lehinə, 2-si əleyhinə səs verib.

Daha öncə Verxovna Rada Zelenskinin inauqurasiyanı mayın 19-da keçirmək təklifini rədd etmişdi.

Zelenski aprelin 21-də seçkinin ikinci turunda prezident Petro Porosşenkonu məğlub edib. O, səslərin 73, opponenti isə 25 faizdən də azını toplayıb.

Ukrayna prezidentliyinə seçkilərin ikinci mərhələsi aprelin 21-i, birinci mərhələsi isə martin 31-də keçirilib. Birinci mərhələdə namizədləırin heç biri qalibiyyət üçün lazımi səs çoxluğu əldə etməmişdi.

Populyar televiziya seriallarında prezident rolunun ifaçısı kimi tanınmış aktyor və komediya ustası Vladimir Zelenski inaqurasiyasından 7 gün sonra noyabr ayında səlahiyyət müddəti başa çatacaq parlamenti buraxa bilər.

41 yaşlı Zelenski ölkədə geniş yayılmış korrupsiya və Rusiyanın dəstəklədiyi separtistlərlə müharibəyə son qoyacağına and içib. O, Rusiya tərəfindən Krımın ilhaqı məsələsi ilə üzləşməlidir.

Kremlik sözçüsü Dmitri Peskov müxbirlərə bildirib ki, Rusiya ilə Ukrayna arasında heç bir təmas planlaşdırılmır.

Rusiya prezidenti Vladimir Putin Zelenskini qələbəsi münasibəti ilə təbrik etməyib.

XS
SM
MD
LG