Accessibility links

Qərb liderləri: Ukraynada atəşkəsə əməl edilməsə ciddi addımlar atılacaq


Qərb liderləri Belarus paytaxtı Minskdə keçən ay əldə edilmiş atəşkəsə əməl olunmasa beynəlxalq ictimaiyyəti daha cidd reaksiya verməyə çağırıb.

ABŞ prezidenti Barak Obama, Fransa, Almaniya, Britaniya, İtaliya liderləri və Avropa Şurasının başçısı Donald Task video bağlantı zamanı Ukraynada vəziyyət və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Video konfrans Ukraynanın şərqində zorakılıqların davam etdiyi vaxt keirilib. Dövlət başçıları müşahidəçilər və sülhümühazifə qüvvələrinin oynayacağı rolu, həmçinin Rusiyayaya qarşı Ukraynada separatçıları dəstəklədiyinə görə əlavə sanksiyaların mümkünlüyü məsələsini nəzərdən keçirir.

“Qərb ölkələrinin liderləri Minsk razılaşmalarının bundan sonra da pozulması davam etsə, əlavə sanksiyaların tətbiq edilməsinə hazırdır”-deyə Avropa Şurasının bəyanatında bildirilir.

Birləşmiş Ştatlar və Avropa müttəfiqləri Rusiyanı regiona əsgəri qüvvə və Moskva tərəfdarı separatçılara silah göndərməklə münaqişəni qızışdırmaqda ittiham edir. Rusiya bu ittihamları rədd edir.

Rəsmi Vaşinqton eyni zamanda Kiyevə hərbi silah göndərilməsi variantını da nəzərdən keçirir.

XS
SM
MD
LG