Accessibility links

ABŞ Ukraynaya maliyyə yardımı ayırır


ABŞ rəsmiləri qeyri letal hərbi təchizatlar almaq üçün Ukraynaya yardım məqsədi ilə əlavə maliyyə vəsaiti ayıracağını bildirib.

“Biz bu gün Ukraynaya yardım məqsədi ilə 75 milyon dollar dəyərində əlavə yardım göndəririk. Və bildiyiniz kimi digər məsələlər də nəzərdən keçirilir” – deyə ABŞ dövlət katibi Con Kerri bildirib.

Kerri həmçinin Senatın Xarici Məsələlər üzrə Komitəsinə bildirib ki, ABŞ Ukraynanın şərq regionunu ikiyə bölən vətəndaş müharibəsində təqsirli bilinən bir neçə rusiyapərəst separatçı və digər qüvvələrə qarşı sanksiyalar tətbiq edəcək.

Prezident Barak Obama Ukraynaya 30 zirehli və 300 qeyri zirehli maşın göndərməyə razılıq verib.

XS
SM
MD
LG