Accessibility links

Ukrayna əsgəri ölkənin şərqində zorakılıqlar zamanı həlak olub


Son 24 saat ərzində Rusiya tərəfdarı separatçıların hücumları nəticəsində Ukrayna ordusunun bir əsgəri həlak olub, səkkiz əsgər yaralanıb. Bu haqda məlumatı Ukrayna hərbi qüvvələri tərəflərin atəşkəs rejiminə baxmayaraq, zorakılıqların yenidən başladığı haqda xəbərlərin gəldyi vaxt məlumat verib.

Sentyabr və oktyabr ayları sakitlikdən sonra son həftələt atəşkəs rejiminin pozulması hallarının artdığı müşahidə edilir. Tərəflər atəşkəsin pozulmasına görə bir-birini günahlandırır.

"Ən ciddi vəziyyət hələ də qeyri-qanuni qruplaşmaların razılığı uğ, Ukraynanın mövqelərinə 120 kaliberli minomyatlardan atəş açdıqları Donetsk hava limanı ətrafındadır"-deyə Ukrayna hərbi qüvvələrinin sözçüsü Olakesandr Motuzyanuk televiziya ilə yayımlann brifinq zamanı bildirib.

Öz növbəsində, separatçıların rəsmiləri Ukraynanı üsyançıların nəzarətində olan ərazilərdə minomyotlar və tanklardan istifadə etməkdə günahlandırıb. Bu haqda separatçıların xəbər agenliyi mləumat verib.

Atəşkəs haqda razılaşmaya əsasən, tərəflər 2014-cü ilin aprel ayında başlayandan bəri 8 mindən çox insanın həyatını aparan münaiqişəyə son qoymaq üçün hazırlanmış 12 maddədən ibarət planda nəzərdə tutulduğu kimi silahların böyük hissəsini cəbhə xəttindən çəkməlidir.

Atəşkəsə əməl olunmasına nəzarət edən ATƏT bu ay zorakılıqların artmasının sülh prosesini təhlükə altına ala biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Şənbə günü rəsmi Kiyev separatçıların bundan əvvəl 24 saat ərzində birbaşa hücumları nəticəsində beş əsgərin həlak olduğunu bildirib. Bu, son iki ayda ən böyük itkidir.

XS
SM
MD
LG