Accessibility links

Ukrayna Azərbaycan və Gürcüstandan tranzit xərclərini azaltmasını xahiş edir


"Ukrzaliznıtsya" İSC (Ukrayna dəmir yollarına rəhbərlik edən ictimai əsaslarla fəaliyyət göstərən səhmdar cəmiyyət - red.) Azərbaycan və Gürcüstanın dövlət dəmir yolları rəhbərliyinə müraciət edərək Rusiya yoluna alternativ olan Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə yük daşınmasında Ukrayna mallarının tranzit xərclərinin azaldılmasını xahiş edib.

Report agentliyi bildirir ki, bu barədə İSC-nin Kommersiya işi departamentinin rəhbər müavini İvan Xoryakov məlumat verib.

"Biz rəsmən Gürcüstan və Azərbaycanın dövlət dəmir yolları qurumlarına bu ölkələrin ərazilərində tranzit xərclərinin 50% azaldılmasıyla bağlı müraciət ünvanlamışıq. Qarşıdakı müşavirə zamanı vaqon hesabı daşınma üzrə tarif şərtlərinin müzakirə olunacağını gözləyirik. Ümid edirik ki, Gürcüstan və Azərbaycan tərəfi bizim təkliflərə razı olacaq və vaqonlarda tranzit yüklərin daşınması xərclərini yarıbayarı azaldacaq", - deyə İ.Xoryakov bildirib.

Xatırladaq ki, artıq yanvarın 15-də Ukraynanın İliçevsk limanından Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə ilk eksperimental reys yola çıxıb. Marşrutun uzunluğu 5 471 km-dir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG