Accessibility links

Ukraynada media azadlığının durumu narahatlıq doğurur [Video]


Ukraynada Media Azadlığı
please wait

No media source currently available

0:00 0:03:43 0:00

“TVi” kimi tanınan müxalif fikirli kanal kabel şəbəkəsindən çıxarılıb

Ukraynada mətbuat işçiləri və onların tərəfdarları oktyabr ayının sonunda keçiriləcək parlament seçkilərindən sürətlə sayları azalan müstəqil telekanallardan birinin hökumət tərəfindən sıxışdırılması cəhdinə etirazlarını bildirirlər. “TVi” kimi tanınan kanalın dövlətlə vergi və inzibati sənədlərlə bağlı mübahisələrdən sonra kanal kabel şəbəkəsindən çıxarılıb. Media işçiləri prezident Viktor Yanukoviçi Tvi kanalını qapatmaq sifarişi verməkdə ittiham edirlər, lakin dövlət rəsmiləri bu ittihamları rədd edir. Oksana Lixostova Kiyevdən xəbər verir.

İvan Artyomenko məyus olub: Kiyev tələbələrinin sevimli kanalı TVi televiziya dalğalarından yoxa çıxıb.

“Mən öz televizorumu yandırdım - TVi kanalı heç nə göstərmir. Ekranda kanalın işləmədiyi qeyd olunur,” deyə İvan bildirir.

Bir ara TVi kanalının hökumətlə problemləri yaşanırdı. Telekanalın rəqəmsal yayım lisenziyası üçün müraciəti rədd edilib. Bu telekanalın direktoru vergidən yayınma ilə ittiham olunmuşdu – buna baxmayaraq ittihamlar sonra geri götürülmüşdü. Baş direktor Mikola Kniaztski deyir ki, nəhayət TVi sadəcə olaraq kabel televiziya şəbəkəsindən yoxa çıxdı.

“80-dən çox kabel operatoru bizim yayımı dayandırdı. Ən böyük kabel operatorlarından olan Triolan bizim yayımı dayandırıb. Faktiki olaraq Kiyevdə monopoliyanı əldə saxlayan digər böyük kabel təminatçısı “Volya” bizim telekanalı ucuz qiymətə olan sadə paketdən bahalı paketə keçirib,” Mikola Kniaztski bildirir.

Nəticədə TVi-ın tamaşaçı auditoriyası əvvəlki kiçik ölçüsünə, 3-cü yerə enib. Bu, isə kanalın mövcudluğunu sual altına qoymaqla yanaşı həmçinin TVi-i seyr edən seçici kütləsinə çatmaqda Ukraynanın siyasi müxalifətinin imkanlarını məhdudlaşdırır.

TVi kanalı idarə heyətinin bildirdiyinə görə, Milli Televiziya və Radio Şurasının kabel təminatçılarına göstərişi ilə kanalın yayımı dayandırılmışdır. Şura isə bu ittihamları rədd edir.

Kabel yayımını təmin edən şirkətlər də siyasi təzyiqə məruz qaldıqlarını imtina edirlər.Onlardan bəziləri TVi-ı yayımdan çıxarmalarına səbəb kimi texniki problemləri göstərir, bəziləri isə telekanalın kifayət qədər yüksək reytinqə malik olmadığını deyirlər. Bu şirkətlərdən biri, “Volya” isə sadəcə telekanalın sırasını optimallaşdırdığını iddia edir.

““TVi”-a baxmaq mümkündür. Bunu özünüz də yoxlaya bilərsiniz. Heç kəs yayımı dayandırmayıb. Lakin, hansı paketdə yayımlanacağı bizim özəl biznes qərarımızdır,” deyə Volya şirkətinin nümayəndəsi Alina Siqda bildirir.
Ukraynada mətbuat işçilərinin ifadə azadlığına sahib olması bizim üçün çox vacibdır. Belə ki, bizim tamaşaçılar Sovet dönəmində olduğu kimi həqiqəti yalnız Amerikanın Səsindən və Azadlıq radiosundan almaq məcburiyyətində qalmamalıdılar. Bu, müstəqil və demokratik ölkə üçün qara ləkədir.


Müstəqil ekspertlər xüsusi ilə də seçki ərəfəsində bu açıqlamalara skeptik yanaşırlar. Nataliya Liqaçova media məsələləri ilə məşğul olan “Telekritika” təşkilatında çalışır.

“TVi məsələsi ilə bağlı əsas məsuliyyət Ukrayna rəsmilərinin üzərinə düşür. Ukraynadakı yeganə müxalifət kanalının maneəsiz fəaliyyət göstərməsi üçün rəsmilər özləri imkan yaratmalıdırlar,” o bildirir.

Keçən ay TVi-a dəstək vermək üçün 1500 insan etiraz aksiyası keçirib. Telekanal vergi məsələsi ilə bağlı məhkəmə işində məğlub olanda, tamaşaçılar şirkətə kəsilən cərimənin ödənilməsinə can atırdılar.

Telekanalın baş redaktoru Vitali Portnikov hal-hazırda Ukrayna mətbuatının söz azadlığının son cəbhəsində vuruşduğunu deyir.

“Ukraynada mətbuat işçilərinin ifadə azadlığına sahib olması bizim üçün çox vacibdır. Belə ki, bizim tamaşaçılar Sovet dönəmində olduğu kimi həqiqəti yalnız Amerikanın Səsindən və Azadlıq radiosundan almaq məcburiyyətində qalmamalıdılar. Bu, müstəqil və demokratik ölkə üçün qara ləkədir. Bizim burada çalışmağımızın məqsədi, insanlara özümüz haqda həqiqətləri çatdırmaqdır.”- deyə baş redaktor Vitali Portnikov münasibətini bildirir.
XS
SM
MD
LG