Accessibility links

ABŞ şirkətlərinin məlumatlarını oğurlayan hakerlər həbs edilib


Şərqi Avropanın kibercinayət qruplarının birinin üç lideri həbs edilib. Onlar yüzdən çox ABŞ şirkətinin sisteminə daxil olaraq, milyonlarla müştərinin kredit kart məlumatlarını oğurlamaqda şübhəli bilinirlər.

ABŞ rəsmiləri FIN7 haker qrupunun üç liderini müəyyən etməyə müvəffəq olub. Onlar ukraynalı 44 yaşlı Dmitro Fedorov, 33 yaşlı Fedir Hladir və 30 yaşlı Andri Kolpakovdur.

Vaşinqtonun Qərb Ərazisi prokuroru Anet Heyes: “Təhqiqat davam edir. Biz həmin qrupun qarşısını tamamilə aldığımız illüziyasında deyilik. Lakin biz qrupa çox əhəmiyyətli zərbə vurduq.”

Müstəntiqlər deyir ki, FIN7 haker qrupunun minlərlə ABŞ restoranı və dükanının satış nöqtələrinə hücum edərək, onların məlumatlarını əldə edib, sonra isə həmin məlumatları İnternet vasitəsilə satmaqda şübhələnirlər.

XS
SM
MD
LG