Accessibility links

Umud Şükri: Neft bazarında İrandan boşalan yeri doldurmaq çətin olmayacaq


Umud Şükri hesab edir ki, ABŞ-ın İran sanksiyaları ilə bağlı bəzi ölkələrə verdiyi altı aylıq möhlətin sona çatdığına görə, artıq heç bir dövlət, eləcə də dövlətlərə bağlı olmayan beynəlxalq böyük şirkətlər İrandan neft almaq riskinə getməzlər.

Umud Şükri: Neft bazarında İrandan boşalan yeri doldurmaq çətin olmayacaq
please wait

No media source currently available

0:00 0:13:08 0:00

Enerji üzrə yüksək ekspertin Amerikanın Səsinə müsahibədə söylədiklərinə görə, dünya bazarında İrandan boşalan yerin neft zəngini digər ölkələr tərəfindən doldurulması çətin olmayacaq.

Bu sanksiyaları tətbiq etsələr, deyə bilərik ki, İran enerji sektorunda 1979 inqilabından bəri ən çətin günlərini görəcək.

“Keçən həftələrdə bəzi mənbələr dedilər ki, ABŞ rəsmiləri çalışırlar İranın petrokimya sənayesinə yeni sanksiyalar gətirsinlər. Bu sanksiyaları tətbiq etsələr, deyə bilərik ki, İran enerji sektorunda 1979 inqilabından bəri ən çətin günlərini görəcək,” Umud Şükri söyləyir.

İranın neft və neft sənayesinə qarşı hazırda tətbiq edilən sanksiyalara diqqət çəkən ekspert artıq ən ağır basqıların tətbiq edildiyini ifadə edir: “Bundan daha ağır basqıları düşünmək bir az çətindir.”

Şükri İranın qarşısında çox seçim olmadığını vurğulayır:

“ABŞ-ın İrandan neft alan səkkiz ölkəyə verdiyi imtiyazların altı aylıq möhləti sona çatdı. Bunlar İrandan ən çox neft alan ölkələr idi... İranın sadəcə bir yolu var ki, nefti ya özü qaçaq satsın ya da üçüncü bir ölkə üzərindən. Məsələn Oman üzərindən. Onu da nə qədər sata bilər ki?”

İranın yerinə neft istehsal edən çox ölkə var. İstər Səudiyyə Ərəbistanı, İraq ya Birləşmiş Ərəb Əmirlikləri kimi OPEC üzvləri olsun, və ya OPEC üzvü olmayan Rusiya..

O əlavə edir, “Ekspertlər deyir ki, İran qara bazarda 300 min ilə 600 min barel sata bilər. Onu da çox ucuza satmalıdır ki müştəri tapılsın. Amma, daha önəmlisi də budur ki, nefti satsa, pulunu necə alacaq? Alsa bu pulu İrana necə aparacaq?”

Enerji ekspertinin sözlərinə görə, İran neftinin ənənəvi müştərilərinin bir çoxu artıq başqa alternativlər tapıblar. Digərləri üçün də yeni alternativlər hazırdır:

“Digər ölkələr isə qısa müddətdə olmasa da, orta müddətdə yeni alternativlər tapacaqlar. İranın yerinə neft istehsal edən çox ölkə var. İstər Səudiyyə Ərəbistanı, İraq ya Birləşmiş Ərəb Əmirlikləri kimi OPEC üzvləri olsun, və ya OPEC üzvü olmayan Rusiya...”

Umud Şükri İraqın neft ixracatında böyük artıma nail olmaq məqsədilə ciddi fəaliyyətlərin yürüdüldüyünü və Bağdadın bu istiqamətdə müxtəlif ölkələrdən investisiya cəlb etdiyini bildirir.

O, bununla əlaqədar ABŞ dövlət katibi Mayk Pompeonun keçən günlərdə İraqa xəbərsiz səfərinə diqqət çəkir.

XS
SM
MD
LG