Accessibility links

"'Azərbaycan' adı götürüldü, amma Ərdəbilə inkişaf gətirilmədi"


Umud Şükri

Ərdəbilin rəsmi vilayət statusu almasından 20 ildən artıq zaman keçib. Amma, Umud Şükrinin dediklərinə görə, İran dövlətinin yayımladığı statistikaya əsasən, Ərdəbil bu müddətdə az qala heç bir sahədə inkişaf etməyib.

Umud Şükri Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Enerji və ticarət eksperti Amerikanın Səsinə müsahibədə, Ərdəbil vilayətində sərbəst ticarət bölgələri layihəsinin taleyi haqqında məlumat verib. O həmçinin, vilayət əhalisinin üzləşdiyi problemlər, o cümlədən işsizlik və mərkəz vilayətlərə mühacirətin yüksək səviyyəyədə olmasınının səbəbləri haqqında danışıb.

Gənclər Tehrana köçür, yaşlılar isə Ərdəbildə qalır.

Ərdəbilin 1993-cü ildə Şərqi Azərbaycan ayrılıb, vilayət olmasına diqqət çəkən Umud Şükri deyir ki, ad dəyişməsi praktiki heç bir fayda gətirməyib.

“Ərdəbilə ürək yandıran hər kəs öncə bu sualı sormalıdır ki, Ərdəbil nədən vilayət oldu? Bu, Rəfsəncaninin prezidentliyi dönəmində oldu. O, deyirdi ki, Ərdəbilin potensialı çoxdur və inkişaf edəcək. 20 ildən artıq zaman keçib, amma dövlətin öz statistikalarına görə, Ərdəbil bütün sahələrdə ən geridə qalmış vilayətlərdən biridir. Sadəcə [Ərdəbil üzərindən] Azərbaycan adı götürüldü.”

Ərdəbil vilayətində bir kənd
Ərdəbil vilayətində bir kənd

Şükri Ərdəbil vilayətinin coğrafi mövqeyi, iqlimi və təbiəti etibarilə türizm sektoru üçün əlverişli olduğunu vurğulayır.

Yatırım olmadığında gənc əhali məişətini təmin etmək üçün başqa bölgələrə köçür. Ərdəbil mühacirətin ən yüksək olduğu vilayətlərdən biridir.

O, həmçinin xüsusilə Muğan bölgəsinin münbit ərazisinə işarə edərək, əkinçilik sektorunda geniş potensialın mövcud olduğunu, amma dövlət tərəfindən investisiya şəraiti yaradılmadığı üçün, bütün bu sahələrdə irəliləyişin mümkün olmadığını ifadə edir.

“Tehran heç bir zaman Ərdəbilin inkişafını diqqətə almamış. Tehranın önəm verdiyi bir neçə vilayət var; Kirman, İsfahan, Yəzd və Fars kimi vilayətlər. Sərmayə hər zaman o vilayətlərə gedir. Sərhəd vilayətlərinə inkişaf açısından deyil, təhlükəsizlik açısından baxırlar,” Umud Şükri söyləyir.

“Yatırım olmadığında gənc əhali məişətini təmin etmək üçün başqa bölgələrə köçür. Ərdəbil mühacirətin ən yüksək olduğu vilayətlərdən biridir. Bunların çoxu investisiyanın olduğu Tehran və Kərəcə köçürlər. Yaşlılar Ərdəbildə qalır, gənclər köçür. Bu günə qədər dövlət bu mühacirəti önləmək üçün heç bir addım atmayıb.”

XS
SM
MD
LG