Accessibility links

“İranla yeni bir nüvə sazişi olacaq, amma Obama dönəmindəki kimi deyil”


Umud Şükri
Umud Şükri

Bu günlərdə İran və ABŞ mediyasında prezidentliyə seçilən Co Baydenin administrasiyası altında İranla nüvə sazişinin yenidən bərpa olması ehtimalı ilə bağlı yazılar dərc olunur.

“İranla yeni bir nüvə sazişi olacaq, amma Obama dönəmindəki kimi deyil”
please wait

No media source currently available

0:00 0:13:40 0:00

Amerikanın Səsinə danışan enerji və ticarət eksperti Umut Şükri deyir ki, İran müzakirə masasında oturacaq, amma elə mövzular var ki, tərəflər onlar üzərində anlaşa bilməzlər. Yəni nə Amerika geri addım atar, nə də İran.

Tramp da seçilsəydi, İran gec ya tez Amerika ilə masaya oturacaqdı. Çünki, İranın iqtisadiyyatı artıq bu ambarqolar və sanksiyalara dözə bilmir. Amma, İran bunu düşündü ki, dirənsin, bəlkə Bayden seçilsə daha rahat anlaşa bilər və masadan qazancla çıxa bilər.

Tramp administrasiyası 2018-ci ilin may ayında 2015-ci ildə İran və Qərb ölkələri arasında əldə edilən nüvə sazişindən çıxmaq qərarı aldı. Qərardan bir neçə ay sonra ABŞ-ın İranın gəmiçilik, aviasiya, maliyyə və enerji sektorlarını hədəf alan geniş sanksiyaları qüvvəyə mindi. İslam Respublikası bütün bu basqılara baxmayaraq ABŞ-dan yeni müzakirələr üçün gələn təklifləri rədd etdi və, ekspertlərin dediyinə görə, 2020 ABŞ prezident seçkilərinin nəticələrini gözlədi.

“Amerikanın İrana qarşı tətbiq etdiyi ‘maksimum təzyiq’ siyasətinə qarşı İran da ‘maksimum müqavimət’ siyasətini yürütdü. Yəni əlindən gəldiyi qədər Amerikanın sanskiyalarına dirənmə siyasəti. Bunun da bədəlini, təbii ki, İran dövləti deyil millət ödədi,” Umud Şükri söyləyir.

Onun sözlərinə görə, “Tramp da seçilsəydi, İran gec ya tez Amerika ilə masaya oturacaqdı. Çünki, İranın iqtisadiyyatı artıq bu embarqolar və sanksiyalara dözə bilmir. Amma, İran bunu düşündü ki, dirənsin, bəlkə Bayden seçilsə daha rahat anlaşa bilər və masadan qazancla çıxa bilər.”

2015-dəki anlaşma kimi bir anlaşma olmayacaq. Çünki İran göstərdi ki, anlaşmalardan öz xeyrinə yararlanır. Anlaşmaya tam sadiq qalmır.

Şükrinin dediyinə görə, müzakirələr bərpa ediləcəyi təqdirdə, İslam Respublikasının ilk tələbi sanksiyaların aradan götürülməsi olacaq:

“İranın tələbi budur ki, ilk öncə müəyyən bir müddət ərzində içində sanksiyalar götürülsün. Sonra İrana texnologiya və pul gəlsin. İranın Çindən, Güney Koreyadan və bəzi başqa ölkələrdən alacağı neft pulları var. Bu pulları sanksiyalardan dolayı ala bilmir. İran istəyir ki, bu pullar gəlsin və beynəlxalq bazarlara çıxabilsin.”

Ekspert İranın balistik raket proqramının nüvə sazişinin bərpa edilməsi önündə önəmli bir əngəl olduğunu ifadə edir:

“Bunların qarşılığında Amerikanın da çox istəyi olacaq. Özəlliklə İranın nüvə proqramını durdurması, müəyyən təsisatını qapatması, raket testlərininin kəsinliklə önünün alınması ki, məncə burada problem yaşana bilər. Çünki İran bu raket testlərindən vaz keçən deyil.”

Düşünürəm ki, bəlkə ABŞ da gözləyəcək görsün ki İranda yeni hökümət reformçu mu olacaq, yoxsa mühafizəkar mı?

O, əlavə edir, “bir məsələ də var ki, Bayden və müşavirləri də buna toxunublar ki, bu anlaşma 2015-dəki anlaşma olmayacaq. Çünki İran göstərdi ki, anlaşmalardan öz xeyrinə yararlanır. Anlaşmaya tam sadiq qalmır. Yəni İranla anlaşma ehtimalı çoxdur, amma İranın istədiyi imtiyazlar verilməyəcək. Anlaşma da rahat əldə edilməyəcək... 2015-dəki kimi İran rahat bir nüvə anlaşması imzalaya bilməyəcək.”

Umud Şükri həmçinin hesab edir ki, İranın müzakirələri bərpa etmək üçün ABŞ prezident seçkilərini gözlədiyi kimi, ABŞ da iyun 2021-də keçiriləcək olan İran prezident seçkilərinin nəticələrini gözləyə bilər:

“Bir neçə ay sonra İranda prezident seçkiləri olacaq. Düşünürəm ki, bəlkə ABŞ da gözləyəcək görsün ki, İranda yeni hökümət reformçumu olacaq, yoxsa mühafizəkarmı? Bəlkə Ruhani ilə bir anlaşma imzalanmaz. Yenə də hər halda bir anlaşma əldə ediləcək. Amma İranın Obama dönəmi kimi bir nəticə əldə etməsi rahat deyil.”

XS
SM
MD
LG