Accessibility links

Ümumdünya Qaçqınlar Günü [Video]


Ümumdünya Qaçqınlar Günü
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Ümumdünya Qaçqınlar Günü

Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Qaçqınlar günündə dünyada qaçqın sayının sürətli artışına diqqət çəkmək istəyir. Son hesablamalara görə, müharibələr səbəbindən 65 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Son bir neçə ildə yüzminlərlə suriyalı İŞİD-in ölkənin şimal-şərqini ələ keçirməsi və 6 ildir davam edən müharibə səbəbindən evlərini tərk etməyə məcbur qalıb. İŞİD son bir neçə ayda xeyli ərazi və güc itirsə də, insanların çox hissəsi geri qayıda biləcəklərinə əmin deyillər.

Xeyli sayda qaçqın ailələr 3-cü ölkəyə köçürülənə qədər BMT-nin çadır evlərində yaşayırlar. 10 milyonluq əhalisi olan İordaniya, təxminən 700 minə yaxın qaçqının evinə çevrilib. Onlardan bəziləri işgəncə və istismarın qurbanlarıdır. Beynəlxalq hüquqşunaslar qrupu İordaniyada yaşayan 50-ə yaxın qaçqına kömək edir.

Qaçqınlar daha çox xüsusi və ictimai ianələrdən asılıdır. Buna görə də qaçqınların sayı artdıqca onları dəstəkləyən maliyyə vəaitləri yetərsiz olmağa başlayır. BMT-nin qaçqınlar işi üzrə agentlik beynəlxalq ictimaiyyətə ianələrin artırılması üçün çağırış edib. Hazırda bir çox müsəlman ölkələrinin dini liderləri vətəndaşlarına qaçqınlar üçün ianələr etməsinə icazə verib. Müsəlmanlar ənənəvi olaraq kasıblara yardım məqsədilə dövlətə sədəqə verirlər. Lakin, bundan sonra neftlə zəngin ölkələr qaçqın proqramlarını dəstəkləyəcək.

Hazırda dünyada münaqişə və təqib etmə səbəbindən hər dəqiqə 20 insanın evlərini tərk etmək məcburiyyətində qalması problemin ciddiliyini və həlli üçün böyük dəstəyə ehtiyacın olduğunun sübutudur.

XS
SM
MD
LG