Accessibility links

BMT: Ukraynada ən azı 136 mülki vətəndaş öldürülüb


Reuters xəbər agentliyi BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Elizabet Trosselə istinadən bildirir ki, fevralın 24-dən bəri Ukraynada azı 136 mülki şəxs, o cümlədən 13 uşaq həlak olub.

Onun sözlərinə görə, 400 nəfər xəsarət alıb.Onlardan 26-sı uşaqdır.

"Real itkilər, çox güman ki, daha çox olacaq" o, brifinq zamanı söyləyib.

Elizabet Trossel bildirib ki, əksər hallara ölüm və yaralanmalara hava zərbələri, habelə “ağır artilleriya və çoxsaylı buraxılış raket sistemləri ilə atəş də daxil olmaqla geniş təsir sahəsinə malik partlayıcı silahlardan istifadə” nəticəsində baş verib.

Ukraynanın səhiyyə naziri Viktor Lyaşko daha öncə 352 nəfərin, o cümlədən 16 uşağın öldüyünü bildirib. Onun dediynə görə, 45-i uşaq olmaqla, 2040 mülki şəxs yaralanıb. Ukrayna rəsmiləri hələ ki, martın 1-nə olan məlumatları açıqlamayıblar.

Rusiya prezidenti Vladimir Putin fevralın 24-nə keçən gecə Ukraynanın “nazifikasiyası və demilitarizasiyası” üçün “xüsusi hərbi əməliyyata” başlanıldığını elan edib.

Rusiya ordusu martın 1-nə keçən gecə Xersona hücuma keçib. Kyivin girişinin iyirmi kilometrliyində Rusiya hərbi texnikasından ibarət karvanın düzüldüyü görünüb.

Haaqa Beynəlxalq Ədalət Məhkəməsi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı törədilən hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə bağlı istintaq başladıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG