Accessibility links

Ban Ki Mun məşhur reper Psy ilə görüşüb


“Gangnam Style” klipinə YouTube səhifəsində 530 milyondan artıq insan tamaşa edib

BMT-nin Baş katibi Ban Ki Mun Nyu-Yorkda “Gangnam Style” klipinin ifaçısı, məşhur reper Psy ilə görüşüb.

Müxbirlərlə danışan cənab Ban deyib ki, məşhur həmvətəninə bir qədər “qısqanclıq”la yanaşır, çünki indiyə kimi o bütün dünya ən məşhur cənubi koreyalı kimi tanınırdı.

Adətən ciddi olan cənab Ban reperlə görüşü zamanı zarafat edib və ona “Gangnam Style” rəqsini öyrətməsini istəyib.

YouTube saytında əsl adı Park Cae Sanq olan 34 yaşlı reperin klipinə 530 milyondan çox insan tamaşa edib.


Ban Ki Moon və Psy
please wait
Embed

No media source currently available

0:00 0:00:33 0:00
XS
SM
MD
LG