Accessibility links

BMT işğal olunmuş Fələstin ərazilərində və İsraildə artan zorakılıqları araşdırmağa çağırır


BMT-nin insan hüquqları ofisi Fələstin ərazisi və İsraildə həftələrdir artan zorakılıqlarla bağlı tərəfsiz müstəqil təhqiqatın aparılmasına çağırır.

Son ayda İsrailin təhlükəsizlik qüvvələri tərəfindən onlarla fələstinli öldürülüb və ya xəsarət alıb, yüzlərlə insan ilə həbs edilib. Artan zorakılıqla həmçinin 12 israillinin və iki xarici vətəndaşın İsraildə son illərin ən ciddi hücumları nəticəsində fələstinlilər tərəfindən öldürülməsi ilə nəticələnib.

BMT-nin insan hüquqları rəsmiləri artan zorakılıqlar və İsrail təhlükəsizlik qüvvələri tərəfindən gücdən ifrat istifadə ilə bağlı dərin narahatlıqlarını ifadə edirlər. Məsələn ötən həftə sonu İsrail qüvvələri 180 fələstinliyə xəsarət yetirib ki, onlardan azı 27-si uşaqdır. Zorakılıq həm müsəlmanlar həm də yəhudilər üçün müqəddəs hesab olunan Əl-Əqsa kompleksində yaşanan gərginlik zamanı baş verib.

İnsan hüquqları sözçüsü Ravina Şamdasani deyib ki, həmin zaman çəkilən çox sayda videolar israillilərin rəftarı ilə bağlı ciddi narahatlıqlar doğurub ki, bəziləri onların genişmiqyaslı və lüzumsuz olduğunu deyib.

“Bir sıra fələstinli, o cümlədən İsrailin təhlükəsizlik qüvvələrinə heç bir təhlükə yaratmayan qadınlar, yaşlılar, uşaqlar və ən azı bir jurnalist dəyənəklərlə döyülüb vəyaxın məsafədən süngər uclu güllələrlə vurulub. Bəziləri işıq-səs qumbaraları ilə yaralanıb, bəzilərinin hətta başlarına dəyib.”

Əl-Əqsa məscinində zorakılıqların ardınca Qəzzədə fələstinli silahlı qruplar aprelin 18 ilə 21-i arasında İsrailə doğru altı raket və bir minaatan atıblar. İsrail cavab olaraq Qəzzə zolağı boyu militantların hədəflərini vurub. Nəticədə nə İsrail nə Qəzzədə tələfatın olmadığı bildirilir.

BMT-nin insan hüquqları ofisi BMT baş katibi Antonio Quterreşin sakitliyə çağırışını təkrarlayıb və insanların öldürülməsi və ya xəsarət alması ilə bağlı təhqiqatların aparılmasına çağırıb.

Şamdasani qeyd edib ki, İsrailin təhlükəsizlik qüvvələrinin ifrat və ölümcül gücdən istifadəsinə dair narahatlıqlar yeni deyil.

“Bu, bizim uzun illərdir İsrail rəsmiləri qarşısında qaldırdığımız narahatlıqlardır,” o deyib. “Və bunlar Ali Komissarlığın hesabatlarında, insan hüquqları şurasında, prosedur və bəyanatlarda, habelə onlarla aparılan iki tərəfli müzakirələrdə vurğulanan narahatlıqlardır,” o əlavə edib.

Şamdasani deyib ki, İsrail rəsmilərinin bir neçə halla bağlı təhqiqat başlatdığı deyilir. O, onların öncəki təhqiqatlarda olduğu kimi qeyri-şəffaf olmayacağına ümid bəslədiyini deyib. O xəbərdarlıq edib ki, təhqiqatlar cavabdehlik və qurbanlar üçün ədalətlə nəticələnməsə gələcəkdə zorakılıqlar davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG