Accessibility links

Mərkəzi Afrika Respublikasında zorakılıqlar artmaqdadır


BMT-nin Mərkəzi Afrika Respublikasındakı MINUSCA təşkilatı ölkənin uzaq Banqassu şəhərində müsəlmanları hədəf alan bir qrup silahlının BMT-nin 6 sülhməramlısını və 30-dan çox mülki vətəndaşı qətlə yetirdiyini, çox sayda insanı yaraladığını bildirib.

MINUSCA-nın rəhbəri Parfait Onanqa-Anyanqanın dediyinə görə, missiya mülki vətəndaşlarının məsciddə, kilsədə və "Sərgədsiz Həkimlər" xəstəxanasında gizlənən Banqassuya əlavə qüvvə göndərilib.

Bu, Mərkəzi Afrika Respublikasındakı sülhməramlı qüvvələrə ikinci hücumdur. Ölkə prezidenti hücumu qınayıb.

Yardım qüvvələri ölkədə yenidən böhranın baş qaldıracağı barədə xəbərdarlıq edib.

Son 6 ayda kəndlərdə baş qaldıran zorakılıqlar səbəbindən 10 minə qədər insan qaçıb.

XS
SM
MD
LG