Accessibility links

BMT: Belarusda repressiya mühiti vətəndaş və siyasi hüquqları boğur


Birləşmiş Millətlər Təşkilatı məlumat verir ki, Belarusdakı vəziyyət ciddi şəkildə pisləşib, çünki hökumət öz xalqını mülki və siyasi hüquqlarından məhrum edərək onlar üzərində nəzarətini qoruyub saxlamağa çalışır.

BMT-nin İnsan Hüquqları Şurasına təqdim olunan hesabatda Belarusda Aleksandr Lukaşenko ölkə müxalifəti tərəfindən saxtalaşdırıldığı iddia olunan seçkidə altıncı dəfə prezident seçiləndən sonra hələ də repressiya mühitini davam etdiyi deyilir. Həmin zaman seçkinin nəticələri ilə əlaqədər keçirilən böyük miqyaslı etirazlara səbəb olan qəzəb hələ də azalmayıb.

İnsan Hüquqları üzrə Ali Komissarı Nada Əl-Nəşif deyib ki, ofisinin mart ayında son hesabatından bəri Belarusda vətəndaş cəmiyyətinə qarşı kütləvi təqiblər olub. O bildirib ki, media, siyasi opponentlər, həmkarlar ittifaqları və digər dissidentlərin demokratik və insan hüquqlarından istifadə etmələrinin qarşısı alınıb.

O bildirib ki, ölkədə hazırda 1300-dən çox siyasi məhbus var. O qeyd edib ki, hakimiyyət insan hüquqları, o cümlədən ifadə cə dinc toplaşmaq azadlığından istifadə etdiklərinə insanları həbs etməyə və işgəncə verməyə davam edir.

“İddia olunan işgəncə və ölüm halları ilə bağlı həqiqi və qərəzsiz istintaq aparılmır,” Əl-Nəşif deyib. “Əksinə, biz rəsmilərin bu iddialarla əlaqədar ədalət axtaran insanları, o cümlədən qurbanların qohumlarını təqib etdiyinə və qorxutduğuna və bununla da qanunun aliliyi və ədalət sisteminə xələl gətirdiyinə dair etibarlı məlumatlar almağa davam edirik.”

Əl-Nəşif Belarusun Cinayət Məcəlləsində edilən dəyişikliklərlə bağlı xüsusi narahatlığını ifadə edib. O bildirib ki, bu dəyişikliklər terror aktı törətməyə və hökümət rəsmiləri və ya ictimai xadimləri qətl etməyə cəhd edən insanlara ölüm cəzasının verilməsinə imkan yaradır. O qeyd edib ki, onlarla siyasi fəal altı bu cür cinayətlərdə ittiham olunub.

“On minlərlə insan qonşu ölkələrə qaçmaq məcburiyyətində qalır,” o deyib. “Təqiblərin insan hüquqlarına, xüsusilə qadınlar, uşaqlar və əlilliyi olan insanlara təsiri xüsusi narahatlıq doğurur. Bundan əlavə aktivlərin ələ keçirilməsi, ölkəni tərk edənlərin qohumlarının qanunsuz qovulmasına dair məlumatlar da var.”

Buna cavab olaraq Cenevrədə Belarusun BMT-dəki səfiri Larisa Belskaya deyib ki, hesabat reallıqdan çıxarılıb və onun ölkəsindəki vəziyyəti qəsdən təhrif edir.

O, sənədin müəlliflərini iki standarlar tətbiq etməkdə ittiham edib. O deyib ki, İnsan Hüquqları üzrə Ali Komissarlıq onun ölkəsindəki seçkiləri qaralamaq əvəzinə Birləşmiş Ştatlardakı prezident seçkilərini araşdırmalı və bənzər hesabat dərc etməlidir.

XS
SM
MD
LG