Accessibility links

BMT: Müharibə zonalarında minlərlə uşaq zorakılığa məruz qalır


Birləşmiş Millətlər Təşkilatınin bazar ertəsi bildirdiyinə görə, keçən il müharibə zonalarındakı minlərlə uşaq zorlama, qəddar münasibət və ölüm daxil olmaqla, zorakılıqlara məruz qalıb. Təşkilat Ukrayna kimi yeni münaqişə bölgələrində uşaqlarla bağlı narahatlıqların artmaqda olduğunu bildirib.

"Münaqişədən təsirlənən ölkələr və regionlarda hər ilin hər ayının, hər həftəsinin hər günü yüzlərlə, hətta minlərlə uşaq zorakılığın qurbanı olduğu fakt olaraq qalır" - deyə, baş katibin “Uşaqlar və Silahlı münaqişələr” üzrə xüsusi nümayəndəsi Virciniya Qamba illik hesabatı açıqlayaraq jurnalistlərə bildirib.

Keçən il uşaqlar üçün ən təhlükəli yerlər Əfqanıstan, Konqo Demokratik Respublikası, İsrail və Fələstinin işğal olunmuş əraziləri, Somali və Yəmən olub.

Qambanın yerlərdəki qruplarla işləyən ofisi uşaqlara qarşı 24 minə yaxın ağır zorakılığın olduğunu təsdiqləyib. Onlardan 8 mindən çoxunun münaqişə zonalarında ya öldürüldüyü, ya da şikəst olduğu, 6310-nun döyüşlərdə istifadə edildiyi, 3500-ə yaxın uşağın qaçırıldığı bildirilib.

Hesabatın narahatlıq doğuran tendensiyaları arasında uşaq qaçırma və uşaqlara qarşı cinsi zorakılığın əhəmiyyətli dərəcədə artdığı göstərilir. Bu halların hər ikisi 2020-ci ildən bəri 20% artıb.

Qamba qaçırılan qızların çoxunun daha sonra insan alverinə məruz qaldığını, Boko Haram və İslam Dövləti qrupunun Qərbi Afrika qolu olan silahlı qrupların xüsusi olaraq qızları bu məqsədlə hədəf aldıqlarını, münaqişədə təsadüfi zorakılıq aktı olmadığını deyib. Hesabatda qeydə alınan cinsi zorakılıq hallarının 98 faizində qızlar hədəf alınıb.

Monitorinq edilən pozuntuların böyük əksəriyyəti oğlanlara qarşı (təxminən 70%) olduğu halda, ümumilikdə onlara qarşı zorakılıq halları azalıb. Qızlara qarşı isə qətl, şikəstlik, qaçırma və zorlama hallarında artım qeydə alınıb.

“2020-ci ilə qədər ağır zorakılıqların qurbanı olan hər dörd uşaqdan biri qız olduğu halda, 2021-ci ildə hər üç uşaqdan biri qız olub” - deyə, Qamba bildirib.

Çad Gölü hövzəsi regionunun bir hissəsi olan Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Liviya, Niger və Nigeriyada qeyri-sabitlik, icmalararası zorakılıq, terrorizm və münaqişələr baş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski BMT Baş Katibini və Türkiyə prezidentini Lvivdə qəbul edib
please wait

No media source currently available

0:00 0:13:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG