Accessibility links

Beynəlxalq Ədalət Məhkəməsi İsrailə qarşı soyqırımla bağlı dinləmələrə başlayıb


Beynəlxalq Ədalət Məhkəməsinin hakimləri Cənubi Afrikanın İsraili Qəzzada apardığı müharibədə soyqırım törətməkdə günahlandırma iddiası üzrə cümə axşamı iki günlük dinləmələrə başlayıb.

Cənubi Afrika məhkəmədən İsrailin oktyabrın 7-də cənub bölgəsində terror hücumuna cavab olaraq, HƏMAS militant qruplaşmasını məhv etməyə çalışdığını bildirdiyi Qəzzadakı kampaniyasının təcili dayandırılmasını tələb etməyi xahiş edib.

Cənubi Afrikadan gələn yazılı müraciətdə deyilib ki, o, məhkəmədən Soyqırım Konvensiyasını pozduğuna görə İsraili məsuliyyətə cəlb etməsini və "Qəzzada ciddi və soyqırım aktlarının davam etməsi və gələcək risklər altında qalan fələstinlilər üçün təcili və mümkün müdafiəni təmin etməsini istəyir."

İsrail ittihamları əsassız adlandırıb.

İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü axşam deyib ki, İsrail qüvvələri mülki itkiləri minimuma endirmək üçün əlindən gələni edir. O, HƏMAS militantllarını mülki əhalidən canlı qalxan kimi istifadə etməkdə günahlandırıb.

"İsrail Fələstin əhalisi ilə deyil, HƏMAS terrorçuları ilə mübarizə aparır və biz bunu beynəlxalq hüquqa tam uyğun olaraq edirik" - deyə, Netanyahu bildirib.

İsraili Qəzzada dinc sakinləri qorumaq üçün daha çox işlər görməyə çağıran, eyni zamanda İsrailin HƏMAS-a qarşı kampaniyasını dəstəkləyən ABŞ Cənubi Afrikanın ittihamlarına da etiraz edib.

Çərşənbə axşamı ABŞ Dövlət katibi Antoni Blinken bu ittihamları "əsassız" adlandırıb.

Blinken "İsrailə hücum edənlərin - HƏMAS, Hizbullah, Husi, eləcə də onların dəstəkçisi olan İranın İsraili məhv etmək və yəhudiləri kütləvi şəkildə qətlə yetirmək çağırışlarını davam etdirdiklərini nəzərə alsaq, bu, xüsusilə qəbuledilməzdir" deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG