Cenevrədə BMT-nin vasitəçiliyi ilə Kiprin birləşməsinə dair danışıqlar nəticə əldə edilmədən başa çatıb. BMT-nin Baş katibi Ban Ki Mun Kiprin yunan icmasının lideri Dimitris Xristofias və Türk icmasının lideri Derviş Eroğlu ilə noyabr ayından danışıqlaın üçüncü raundunu keçirib.
Tərəflər idarəçilik və hakimiyyət bölüşdürülməsi, habelə iqtisadiyyat, ərazi, təhlükəsizlik, vətəndaşlıq və Avropa İttifaqına üzvlük kimi başlıca məsələlər ətrafında razılığa gələ bilməyib.
Cənab Ban deyib ki, on illərdir bölünmüş adanın birləşməsi istiqamətində aparılan danışıqlarda inkişafın əldə edilmədiyini lakin Kiprin yunan və türk icmalarının liderlərinin prosesdə irəliləyişə nail olmaq üçün gərgin iş apardığını deyib və bildirib ki, o, oktyabr ayında razılığın əldə edilə biləcəyinə ümid bəsləyir.
BMT-nin vasitəçiliyi ilə Cenevrə görüşü bir il sürən danışıqlardan sonra Kiprin birləşməsi ilə bağlı ümidlərin azaldığı fonda keçirilib.
Karneqi institutunda mübadilə proqramının iştirakçısı, Türkiyənin Edam tədqiqat mərkəzində təhlilçi Sinan Ulgen xəbərdarlıq edir ki, adanın birləşməsi üçün vaxt əldən verilmiş ola bilər.
“Bu məsələni həll etmək üçün beynəlxalq ictimiayyətin son addımı olacaq. 2004-cü ildə atılmış belə bir addım baş tutmadı. İndi 2011-ci ildə yeni təşəbbüs irəli sürülür. Bu səylər də baş tutmasa, Türkiyənin regionda nüfuzunun artdığını nəzərə alsaq, Kipr məsələsində mövqeyi Kiprin şimalındaTürk respublikasının tanınması üçün lobbiçik etməyə yönələcək və bu da adanın bölünməsinin rəsmiləşdirilməsi demək olacaq.”
Kiprin yalnız yunan hissəsi beynəlxal ictimaiyyət tərəfindən tanınır. Ada 1974-cü ildə Türkiyənin yunan çevrilişindən sonra müdaxiləsi nəticəsində ikiyə bölünmüşdür. Yalnız Türkiyənin tanıdığı Şimali Kipr Türk Cumhuriyyətinı beynəlxalq embarqo tətbiq olunub.
Lakin BMT-nin Baş katibi ban Ki Munun səyləri çətinliklərlə qarşılaşır. Türkiyənin Bilkent universitetində çalışan yunan alm İoannis Qriqoriadisin fikrincə, BMT-nin əvvəlki baş katibi Kofi Annanın səylərini dəstəkləyən Yunanıstanın Baş naziri Corc Papandreu danışıqlara dəstək vermək iqtidarında deyil.
“Papandreunun Annanın planına dəstək vermək üçün üzərinə götürdüyü böyük riskə və öz mövqeyindən heç zaman çəkilməməsinə baxmayaraq, mən Yunanıstanın özündə vəziyyətə görə onun təşəbbüs göstərdiyini görmürəm. Əgər həll yolu tapılsa, bunun qarşısında maneənin olacağını düşünmürəm. Lakin indiki məqamda ambisiyalı Kipr proqramını gündəmə gətirməklə öz partiyasında və bütün ölkədə özünə daha çox düşmən qazandırmaq ona çətin olacaq.”
BMT-nin keçmiş baş katibi Kofi Annanın planına Türkiyənin Baş naziri Rəcəp Tayyib böyük dəstək vermişdi. 2004-cü ildə referendumda adanın türk icması iştirak etmiş, yunanlar isə onu boykot etmişdi.
Kiprin yunan hissəsinin Avropa İttifaqının üzvü olması Türkiyənin birliyə üzvlüyü məsələsinin adanın birləşməsi məsələsi ilə bağlı olduğunu göstərir. Lakin Türkiyənin yüksək səviyyəli diplomatı Selim Yenelə istinadən Türkiyə öz üzərinə heç bir təəhhüd götürməyəcək.
“Həmişə Türkiyədən təəhhüdlər istəyirlər, biz kifayət qədər güzəştə getmişik. Biz hər şeyi etmişik, amma hər dəfə bir iş görəndə Kipr yunanları bundan daha artıq nəsə istəyirlər. Bir də etsək, yenə də bizdən daha artıq nəsə istəyəcəklər. Siyasətin əsasında bu dururdu. Onlar həmişə bizə təzyiq göstərmək üçün Avropa İttifaqı və başqa böyük ölkələrə arxalanıb. Bundan sonra belə olmayacaq.”
Müşahidəçilərin fikrincə, belə arxayın mövqe Türkiyə və Avropa İttifaqı arasında qüvvələr balansının dəyişdiyini kəs etdirir. Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi bir tərəfdən Kipr, o biri tərəfdən həm Almaniya, həm Fransanın etirazlarına görə faktiki olaraq durğunluq vəziyyətindədir. Lakin təhlilçi Sinan Ülgenin fikrincə, Avropa İttifaqının qarşılaşdığı iqtisadi hərc-mərclik və Türkiyə iqtisadiyyatının sürətli inkişafı ilə üzvlük məsələsi öz cazibəsini itirir.
“Bu şərtlərlə Türkiyənin Avropa İttifaqı ilə bağlı perspektivlərinə son qoyula bilər. Lakin məsələ oradasındadır ki, Avropa İttifaqının ictimai nüfuzunu itirməsi və Türkiyə hökumətinin Avropa İttifaqına üzv olmağa daha can atmaması Türkiyə hökumətinin iş istiqamətini dəyişdirib və Türkiyə xarici siyasətində Şimali Kipr Türk Respublikasının tam tanınması kursunu götürməsini asanlaşdırır.”
Lakin Sinan Ülgen adanın daimi bölünməsi pespektivinin hələ də iki icmaya razılıq əldə edilməsi üçün impuls verə biləcəyini deyir.
2012-ci il iyulun 1-də Kipr yunanları Avropa İttifaqında 6 ayılıq prezidentliyin icrasına başlayacaq. Bu da razılığın əldə edilməsi üçün son möhlət kimi görünür.