Accessibility links

BMT: Ukrayna müharibəsinin səbəb olduğu inflyasiya 71 milyon insanı yoxsulluğa sürükləyib


BMT-nın cümə axşamı açıqladığı araşdırması göstərib ki, Ukraynadakı müharibənin ilk üç ayı qlobal yanacaq və ərzaq qiymətlərini artıraraq, rekord inflyasiya yaradıb və 71 milyon insanı yoxsulluğa sürükləyib.

Cenevrədə virtual mətbuat konfransı zamanı danışan BMT İnkişaf Proqramının administratoru Axim Ştayner inkişaf etməkdə olan 159 ölkənin təhlilinin əsas mallarda qiymət artımlarının artıq dünyanın ən yoxsul bölgələrinə dərhal və dağıdıcı təsir göstərdiyini bildirib.

Tədqiqat göstərib ki, Rusiyanın Ukraynaya təcavüzünün iqtisadi şoku dünya iqtisadiyyatlarına daha yavaş, lakin güclü mənfi təsir göstərən 18 aylıq COVID-19 pandemiyasının məhdudiyyətlərindən sonra baş verib. Onun sözlərinə görə, pandemiya artıq 125 milyon insanı yoxsulluğa sürükləyib.

Eyni mətbuat konfransında BMT-nin İnkişaf Proqramının baş iqtisadçısı Corc Qrey Molina nəticədə bir çox ölkənin 36 ay ərzində "şokdan sonra şok" yaşadığını bildirib.

Molina müharibənin qlobal ərzaq və enerji təchizatına təsir edərək, "kəskin şəkildə və daha sürətli" inflyasiya artımına səbəb olduğunu deyib.

Ştaynerin dediyinə görə, hökumətlərin qəti və radikal addımlar atmaması qlobal iğtişaşlara səbəb ola bilər, çünki insanların səbri və vəziyyətin öhdəsindən gəlmək bacarığı tükənir.

O, hökumətin qarışıqlıq içində olduğu, xalqın ərzaq və yanacaq qıtlığı ilə üzləşdiyi və tarixində ilk dəfə milli borcunu ödəmədiyi Şri Lankadakı vəziyyətə işarə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG