Accessibility links

BMT-nin İnsan Hüquqları üzrə komissarı Rusiyanın hərəkətlərinin ərzaq qiymətlərinin artmasına səbəb olduğunu bildirir


BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Turk
BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Turk

BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Turk bazar ertəsi bildirib ki, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxması və Rusiyanın Ukraynanın taxıl obyektlərinə hücumu inkişaf etməkdə olan bir çox ölkədə ərzaq qiymətlərinin "yüksək həddə" çatmasına səbəb olub.

Cenevrədə İnsan Hüquqları Şurasının iclasında danışan Turk qiymət artımının "bir çox insanın ərzaq əldə edə bilməsini imkansız etdiyini" deyib.

O, Somalidəki vəziyyəti xüsusi vurğulayaraq, ölkənin uzun müddətdir Ukrayna və Rusiya buğdasından asılı olduğunu və taxıl müqaviləsinin pozulmasının ölkə üçün "xüsusilə zərərli olduğunu" bildirib.

Qara Dəniz Taxıl Təşəbbüsü Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracına imkan verirdi. Rusiya iyul ayında Rusiyaınn ərzaq və gübrə ixracına maneələrin aradan qaldırılmasına dair paralel razılaşmanın yerinə yetirilməməsindən şikayətlənərək, müqavilədən çıxıb.

Ukrayna hərbi kəşfiyyat orqanları bazar ertəsi bildirib ki, Ukrayna qüvvələri Krım yaxınlığında bir neçə ofşor qaz və neft qazma platformasına nəzarəti geri alıb.

Telegram kanalında bildirilib ki, Ukrayna xüsusi təyinatlılarının iştirak etdiyi əməliyyat zamanı Rusiyanın Su-30 qırıcısı zədələnib, helikopter sursatları və radar avadanlığını ələ keçirilib.

Hərbi qüvvələr Rusiyanın platformaları 2015-ci ildə ələ keçirdiyini və onlardan hərbi məqsədlər üçün istifadə etdiyini bildiriblər.

Forum

XS
SM
MD
LG