BMT-nin İnsan Haqları İdarəsi cümə günü bildirib ki, Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyinə dair sübutlar artır. Bununla yanaşı, insanların fərq qoymadan atəşə tutulduqlarına və məhkəmədənkənar edamların olduğuna dair əlamətlər də üzə çıxır.
“Rusiya silahlı qüvvələri əhalinin məskunlaşdığı əraziləri fərq qoymadan atəşə tutub və bombalayıb, mülki əhalini öldürüb, xəstəxanaları, məktəbləri və digər mülki infrastrukturları dağıdıb ki, bunlar müharibə cinayəti sayıla biləcək hərəkətlərdir” deyə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet bildirib.
Lakin Rusiya Ukrayanaya hərbi müdaxiləsi zamanı mülki əhalinin hədəfə alınması və ya bu cür hərbi cinayətlər törətdiyini inkar edir.
BMT-nin insan hüquqları müşahidəçiləri həmçnin Ukrayna qüvvələrinin ölkənin şərqində silahlardan fərq qoymadan istifadə etdiyini və mülki əhali arasında itkilərə səbəb olduğunu sənədləşdirib. Bu barədə OHCHR bəyanatında bildirib.
OHCHR bildirib ki, fevralın 24-dən aprelin 20-dək Ukraynadakı müşahidəçilər 2345 mülki vətəndaşın öldüyünü, 2919-un yaralandığını qeydə alıb.
Onların 92,3%-i hökumətin nəzarətində olan ərazilərdə, 7,7%-i isə Rusiya silahlı qüvvələrinin və onlara bağlı qrupların nəzarətində olan Donetsk və Luqansk vilayətlərində qeydə alınıb.
Bununla belə Baçelet deyir ki, "Biz bilirik ki, Mariupol kimi gərgin döyüş bölgələrində törədilən dəhşətlər üzə çıxdıqda həqiqi rəqəmlər daha çox olacaq".
Aprelin 9-da Buçaya səfəri zamanı BMT-nin insan haqları zabitləri 50-yə yaxın mülki şəxsin qeyri-qanuni öldürülməsini, o cümlədən qısamüddətli edamını sənədləşdirib.
Müşahidəçilər həmçinin Rusiya silahlı qüvvələrinin üzvləri tərəfindən cinsi zorakılığa məruz qalma iddialarını da araşdırır və hər iki tərəfin mülki şəxsləri qeyri-düzgün formada həbs etdiyini bildirir.
Bununla belə, ABŞ prezidenti Co Bayden də daxil olmaqla, soyqırım iddiaları ilə bağlı sualı cavablandıran Ravina Şamdasani deyib ki, OHCHR bunu təsdiq edəcək məlumat tapmayıb.