Accessibility links

BMT-nin baş katibi Kyiv və Moskva səfərindən öncə Ankaraya yollanıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreş.

BMT-nin baş katibi Antonio Quterreş Ukrayna münaqişəsinə son qoymaq səyləri çərçivəsində Ukrayna və Rusiyaya səfərlərindən öncə bazar ertəsi Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Nə Quterreş nə də Ərdoğan Türkiyə paytaxtındakı danışıqlarından sonra media ilə danışıb. Ancaq hər iki bəyanat yayıb. BMT baş katibinin ofisi Türkiyənin münaqişəyə son qoymaq səylərini alqışlayıb, Türkiyənin prezidentinin ofisi ilə döyüşlərə son qoymaq öhdəliyinə sadiq qaldığını bildirib.

Ərdoğan həm Ukrayna, həm Rusiya liderləri ilə yaxşı münasibətlərini davam etdirib və münaqişənin həllində vasitəçilik etməyə çalışıb.

Dəniz Təhlilləri Mərkəzinin Rusiya Araşdırmaları Proqramının təhlilçisi Samuel Bendett deyib ki, Ankara uğurlu bir şəkildə üzərinə mühüm bir rol alıb.

“Türkiyə burada əhəmiyyətli bir amildir, çünki Rusiya prezidenti Türkiyə prezidenti ilə danışıq, Ukrayna prezidenti Türkiyə prezidenti ilə danışır. Yəni Türkiyə məsələyə cəlb olunub və xəbərdardır və hər iki tərəf Türkiyənin vasitəçi rolunu üzərinə almasının vaxtının gəlib çatdığına qərar versə, o zaman Türkiyə mühüm vasitəçi ola bilər,” Bendett deyib.

Ərdoğan bazar günü Ukrayna Prezidenti Vodolimir Zelenski ilə danışıb.

Ərdoğan danışıqlardan sonra verdiyi bəyanatda deyib ki, o, Moskva ilə mülki vətəndaşların Ukraynanın mühasirə altında olan Mariupol şəhərini tərk etmələrinin, habelə münaqişəyə son qoymaq üçün daha geniş diplomatik səylərin təşkili üçün səyləri davam etdirəcək. Türkiyə Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşlərinə və bu yaxınlarda döyüşən tərəflərin nümayəndə heyətlərinin görüşünə ev sahibliyi edib.

Avropa Şurasının baş elmi işçisi Aslı Aydıntaşbaş deyib ki, Ankaranın Ukrayna münaqişəsinə son qoymaqda xüsusi marağı var.

“Rusiya Suriyadakı mövcudluğu habelə şərq və Qafqazdakı artan mövcudluğu səbəbilə Türkiyənin cənub cinahına nəzarət edir; əgər onlar Ukraynanı ələ keçirdə Türkiyə faktiki olaraq Rusiya tərəfindən əhatə olunacaq,” Aydıntaşbaş deyib. “Mən düşünürəm ki, insanların bunun Türkiyə üçün yaxşı strateji mövqe olmadığını bilmək üçün kifayət qədər tarixi yaddaşı var,”

Bəzi təhlilçilər deyir ki, Ərdoğanın sülh danışıqlarındakı səylərində rolu son zamanlar qərb ittifaqları tərəfindən artan təcridlə üzləşən Türkiyə prezidentinin beynəlxalq mövqeyini gücləndirib.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoölu şənbə günü deyib ki, Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar davam edir və Türkiyə əhəmiyyətli irəliləyiş olduğu təqdirdə Putinlə Zelenski arasında sammit keçirməyə hazırdır. Lakin Türkiyənin baş diplomatı gözləntiləri azaldıb, irəliləyiş perspektivlərinin aşağı olduğunu etiraf edib.

Moskva Ukryanada hərbi təcavüzünü artırdığı bir vaxt, müşahidəçilər deyir ki, belə görünür, Putin sülh səylərində maraqlı deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG