Avstraliya, Avstriya, Albaniya, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, Avropa İttifaqı, İsrail, İrlandiya, İspaniya, İtaliya, Kanada, Kipr, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Malta, Marşal Adaları, Moldova, Monako, Hollandiya, Yeni Zelandiya, Norveç, Şimali Makedoniya, Polşa, Portuqaliya, Cənubi Koreya, Rumıniya, Slovakiya, Sloveniya, Britaniya, ABŞ, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Monteneqro, İsveç, Estoniya və Yaponiya Rusiyanın Ukraynaya Qərb silahlarının tədarükü ilə bağlı iddialarına etiraz edib.
Xatırladaq ki, Təhlükəsizlik Şurasının bazar ertəsi iclasının keçirilməsini Rusiya tələb etmişdi.
"Biz BMT Təhlükəsizlik Şurasının 51-ci maddəsində əks olunduğu kimi Ukraynanın özünümüdafiə hüququnu dəstəkləmək üçün həyata keçirilən Ukraynaya qanuni silah tədarükünü tənqid etmək üçün BMT Təhlükəsizlik Şurasının növbəti iclasının çağırılmasında Rusiya Federasiyasının ikiüzlülüyünü vurğulayırıq. Bugünkü görüş Rusiya Federasiyasının diqqəti Ukraynaya qarşı apardığı təcavüzkar müharibəsindən və dinc sakinlərin ölümünə, mühüm infrastrukturun məhvinə səbəb olan sistematik hava hücumları kampaniyasından yayındırmaq üçün növbəti cəhdidir” BMT Nizamnaməsi" - deyə, yuxarıda adları çəkilən dövlətlərin birgə bəyanatında vurğulanır.
Bəyanatı imzalayan ölkələr Rusiyanın Ukraynaya qarşı təcavüzünü BMT Nizamnaməsinin açıq şəkildə pozulması kimi pisləyib və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəklərini təsdiqləyib.
"Ukrayna öz mülki əhalisini qorumağa çalışsa da, Rusiya Federasiyası Ukrayna xalqını başqa ölkələrdən aldığı silahlarla qətlə yetirir" deyə, sənəddə vurğulanır.
Sənəddə həmçinin qeyd edilir ki, Belarus, İran və Koreya Xalq Demokratik Respublikası Rusiyaya təcavüzkar müharibənin aparılmasında dəstək verir.
Bəyanatı imzalayan ölkələr digər dövlətləri Rusiyaya silah və hərbi texnika, o cümlədən raketlər və pilotsuz təyyarələr verməməyə və ya təcavüzkar müharibə aparması üçün heç bir dəstək verməməyə çağırıb.
Forum