Birləşmiş Millətlər Təşkilatı bazar ertəsi bildirib ki, dünya əhalisinin noyabrın 15-də 8 milyarda çatacağı gözlənilir.
Birləşmiş Millətlər Təşkilatı Dünya Əhalisi Perspektivləri 2022 hesabatını hər il iyulun 11-də qeyd olunan Ümumdünya Əhali günüdə dərc edib. Bu ilin mövzusu “8 milyardın dünyası: Hər kəs üçün dayanıqlı gələcəyə doğru – İmkanlardan istifadə etmək və hər kəs üçün hüquq və seçimləri təmin etmək”dir.
2022-ci ilin dünya əhalisi üçün “əhəmiyyətli” bir olmasına baxmayaraq, BMT-nin baş katibi Antonio Quterreşin sözlərinə görə, 2020-ci ildə əhalinin artım tempi 1 faizdən aşağı düşüb və 1950-ci ildən bəri ən aşağı templə artır.
BMT bildirib ki, dünya əhalisi 2030-cu ildə 8.5 milyarda, 2050-ci ildə 9.7 milyarda, 2080-ci illərdə isə 10.4 milyara çata bilər. Əhalinin 2100-ci ilədək sabit bir şəkildə 10.4 milyard nəfər olaraq qalacağı gözlənilir.
2050-ci ilədək olacaq artımın yarısının dünyada əhalinin ən sürətlə artan qitəsi olan Afrikanın payına düşəcəyi gözlənilir. Afrikada, qlobal məhsuldarlıq nisbətinin yavaşlamasına baxmayaraq, artım müşahidə olunur. Qlobal məhsuldarlıq nisbətinin 2050-ci ilədək 2.2-ə düşəcəyi gözlənilir ki, bu rəqəm 2019-cu ildə 2.5, 1990-cı ildə isə 3.2 olub.
Ümumdünya Əhali Günü dünyadakı ən aktual problemlər, o cümlədən dünya əhalisinin həddindən çox olduğuna dair bir xatırlatmadır. Hazırda dünya əhalisi 7.942 milyard nəfərdir.