Accessibility links

Miçiqanda qərarsız seçicilər Baydenə Qəzza zolağında atəşkəslə bağlı siqnal göndərirlər


Miçiqanda qərarsız seçicilər Baydenə Qəzza zolağında atəşkəslə bağlı siqnal göndərirlər
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Ramazan başlamadan öncə Qəzzadakı müharibəni dayandıracaq müvəqqəti atəşkəslə bağlı danışıqlar davam etdiyi bir vaxtda, ABŞ-ın Miçiqan ştatının sakinləri Prezident Co Baydenin İsrailin 30 minə yaxın fələstinlinin ölümü ilə nəticələnən kampaniyası ilə bağlı qəzəblərinə işarə edən ismarıc yollayırlar. Böyük ərəb amerikalı icmanın yaşadığı və ümummilli seçkinin nəticəsi üçün mühüm olan Miçiqan ştatında ilkin səsvermənin ilkin nəticələri göstərir ki, Demokrat seçicilərin 13 faizi praymerizdəki seçki bülletenlərində prezidentə səsverməyə “sadiq olmadıqlarını” qeyd ediblər.

Vasitəçilər müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı başlamadan müvəqqəti atəşkəs üzərində çalışdığı bir vaxtda, İsrailin Qəzzanın ən cənubunda milyonlarla fələstinlinin sığındığı Rəfah şəhərinə hava hücumları davam edir.

“Ümid edirəm ki, gələn bazar ertəsi atəşkəs əldə edəcəyik,” Prezident Co Bayden deyib.

Qəzzada tələfatların sayından dəhşətə gələn qəzəbli Demokratlarla üzləşən prezident Co Bayden üçün atəşkəslə bağlı bir irəliləyiş çox vacibdir.

O, çərşənbə axşamı çox sayda ərəb amerikalı seçicinin olduğu Miçiqan ştatında keçirilən Demokratların ilkin səsverməsində qalib gəlib, amma “Miçiqanı Dinləyin” kampaniyasının müqaviməti ilə üzləşib.

Bu kampaniya Baydenə daimi atəşkəsi dəstəkləməsi üçün təzyiq göstərmək məqsədilə insanları “qərarsız” səs verməyə həvəsləndirib. Onlardan biri fələstinli amerikalı Adəm Əbusalahdır. O, Baydenin 2020-ci il seçki kampaniyasında çalışıb.

“Biz düşünürdük ki, o, bu ölkəni humanizm və mərhəmətlə idarə edəcək biri olacaq. Amma əksinə o, ölkəyə riyakarlıqla rəhbərlik edir,” Əbusalah deyib.

Milli mənsubiyyət baxımından ərəblər və müsəlman amerikalılar seçkidə əhəmiyyətli səsə malik deyil. Ancaq Miçiqanda “qərarsız” səslərin sayı amerikalıların Baydenin Qəzza siyasətini nə dərəcədə rədd etdiklərini göstərəcək, çünki onlar prezidentin koalisiyasındakı digər qrupları təmsil edir - azlıq qruplara mənsub seçicilər, gənc və proqressiv Demokratlar, o cümlədən müharibəlyhinə olan yəhudi seçicilər.

“Yüksək səviyyəli Demokratlar hesab edir ki, səsvermədə iştirak edəcək Demokratlar Baydenə səs verəcək, çünki digər variant çox dəhşətli və qorxuncdur. Amma bu da seçiciləri məyud edir, çünki onlar elə hiss edir ki, onlar hər dəfə səsvermədə işitrak edir, amma onların perspektivləri eşidilmir,” Miçiqan Şat Universitetindən Nura Sediqe deyir.

Bəzi amerikalı müsəlmanlar deyir ki, hətta alternativ belə Baydendən daha pis ola bilməz. Proqressiv Demokrat Səmra Luqman “Baydendən İmtina Et” kampaniyasının bir hissəsidir.

“Mənim kimi birisinin Baydeni vəzifədən çıxarmaq üçün siyasi spektrin əks tərəfindəki [sabiq Prezident Donald] Trampın prezidentliyini qəbul etməyə hazır olduğunu deməsi həqiqətən də bu prezidentin nə qədər uğursuz olduğuna işarədir,” o deyir.

Bir digər işarə: ABŞ Hava qüvvələrinin yüksək rütbəli təyyarəçisi Aaron Buşnel bazar günü etiraz məqsədilə İsrail səfirliyinin qarşısında özünü yandırıb. Ağ Ev pnun ölümünü “dəhşətli faciə” adlandırıb.

Mətbuat katibi Karin Jan-Pyer deyib ki, onlar Fələstin məsələsinin tərəfarlarının məyusluğunu başa düşürlər.

“Biz bunun bu icma üçün nə demək olduğunu başa düşürük. Prezident də bunu başa düşür. Yəni biz buna və icmanın nələr yaşadığına çox əhəmiyyət veririk,” o deyib.

Ancaq Baydenin tənqidçiləri deyir ki, o, onları dinləmir, baxmayaraq ki, müxətlif rəy soğrular getdikcə daha çox amerikalının Qəzzada daimi atəşkəsi dəstəklədiyini göstərir.

“Onlar donorları dinləyir, və təzyiq qruplarını dinləyir. Bəs onda partiyanın güc mərkəzi haradadır? İsteblişmentin yanında. Partiyaya səslərin çoxunu kim verir? Proqressiv kəsim. Hazırkı siyasətin ədalət və sülhə xidmət etmədiyini düşünənlər,” Ərəb Amerikan İnstitutundan Ceymz Zoqbi deyir.

Zoqbi deyir ki, Baydenin İsrailə dəstəyində kəskin bir dəyişiklik olmadan noybar seçkisində Miçiqanda mühüm elektorat hesab edilən ərəb amerikalı seçiciləri inandırmaq çətin olacaq. Kritik ştatda cüzi səs fərqi ilə də məğlub olmaq mümkündür.

Məsələn 2016-cı ildə Donald Tramp ştatda 11 mindən az səs fərqi ilə qalib gəlmişdi.

Forum

XS
SM
MD
LG