Accessibility links

Türkiyədəki bəzi əfqan qaçqınlar səhiyyə xidmətlərindən məhrumdur


Türkiyədəki bəzi əfqan qaçqınlar səhiyyə xidmətlərindən məhrumdur
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Türkiyədəki bəzi əfqan qaçqınlar səhiyyə xidmətlərindən məhrumdur

Talibandan qaçaraq Türkiyəyə üz tutan sənədsiz əfqan miqrantlar deyirlər ki, onlar COVID-19 üçün müalicə və peyvənd əldə edə bilmirlər. Rəsmi olaraq qeydiyyatdan keçmiş qaçqınlara Türkiyədə keyfiyyətli tibbi xidmət göstərilsə də, ölkədə minlərlə qeydiyyatsız əfqan miqrantın olduğuna inanılır.

Türkiyənin mərkəzində yerləşən Ərzurum qərbdən Avropaya gedən miqrantlar üçün əsas marşrut üzərindədir.

Bu, bir çox əfqan qaçqın üçün dayanacaq yeridir. Bəziləri burada məskunlaşıb iş tapırlar.

Birləşmiş Millətlər Təşkilatının açıqladığı rəqəmlərə görə, Türkiyə 183 minə yaxın sığınacaq axtaran əfqana ev sahibliyi edir. Lakin qeyri-rəsmi hesablamalar göstərir ki, daha minlərlə əfqan miqrant sənədsiz olaraq Türkiyədə yaşayır, işləyir və səhiyyə kimi əsas xidmətlərdən istifadə edə bilmir.

Onların arasında Məhəmməd də var.

“Mən Əfqanıstanın Bədəxşan vilayətindənəm. Türkiyəyə iki ay əvvəl gəlmişəm. Mənim 18 yaşım var. Şəxsiyyət vəsiqəmiz yoxdur, ona görə də xəstəxanalar bizi müalicə etmir” - deyə, o bildirib.

Məhəmməd Ərzurumda bir neçə digər əfqan miqrantla, o cümlədən İslamla birlikdə yerli süd şirkətində işləyir.

“Bu otaqda səkkiz-doqquz nəfər yaşayır; beş nəfərin şəxsiyyət vəsiqəsi var, qalanlarının isə şəxsiyyət vəsiqəsi yoxdur. Şəxsiyyət vəsiqəsi olmayanlardan hər hansı biri koronavirusa yoluxursa, xəstəxanalar onları müalicə etmir. Şəxsiyyət vəsiqəsi olmayanlar peyvənd ola bilməz. Əgər onlar koronavirusa yoluxsalar, hamımız koronavirusa tutulacağıq” - deyə, İslam bildirib.

Bir neçə əfqan miqrant Amerikanın Səsinə bildirib ki, həbs və deportasiyadan qorxaraq rəsmi qaçqın kimi qeydiyyatdan keçməməyə üstünlük verir. Bir çoxları əfqan qaçqınların statusunun qeyri-müəyyən olaraq qaldığını və Türkiyə hökumətindən açıqlama istədiklərini deyib.

Türkiyə sərhəd təhlükəsizliyini gücləndirib və yüzlərlə əfqan miqrantı deportasiya mərkəzlərində saxlayır.

Türkiyə hökuməti Amerikanın Səsinin sənədsiz əfqan miqrantların sayı və ya səhiyyə xidmətlərindən istifadə imkanlarının olmaması ilə bağlı suallarına cavab verməyib. Ərzurum rəsmiləri qeydiyyatı olmayan qaçqınların həbs ediləcəyini bildirib.

BMT bildirir ki, Türkiyə 3,7 milyonu münaqişədən qaçan suriyalı olmaqla, 4 milyona yaxın qaçqına ev sahibliyi edir.

Sentyabr ayında Türkiyəyə səfər edən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı hökuməti miqrantlara qarşı “son dərəcə müsbət” adlandırdığı siyasətə görə tərifləyib.

“Buraya səfərim həm də beynəlxalq ictimaiyyətə, donor ölkələrə, beynəlxalq təşkilatlara müraciət etməkdir ki, Türkiyəyə ev sahibliyi etdiyi qaçqınlarla bağlı bu çox səxavətli siyasətini davam etdirməsinə kömək etmək üçün daha çox işlər görsünlər” - deyə, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

Bir çox əfqan deyir ki, onların qaçqın statusu qeyri-müəyyən olaraq qalır - ona görə də onlar yeni həyat axtararkən kölgədə yaşamağa üstünlük verirlər.

XS
SM
MD
LG