UNESCO (Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatı) Texas ştatında yerləşən Alamo ibadətgahı daxil olmaqla dünyanın 27 tarixi obyektini 2015-ci il Ümumdünya İrsi Siyahısına daxil edib.
Alamo ibadətgahı 18-ci əsrdə yerli əhali arasında Xristian dinini yaymaq məqsədilə katolik cərəyanının San Antonioda təsis etdiyi beş dini missiyanın bir hissəsidir. UNESCO-nun Ümumdünya İrsi Siyahısında indiyədək ABŞ-dan 23 tarixi obyektin adı salınsa da, Alamo ibadətgahı Texas ştatından bu siyahıya düşən ilk məkan olub.
Bu ilin Ümumdünya İrsi Siyahısı ilə bağlı maraqlı məqamlardan biri də odur ki, siyahıya Yaponida 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Meiji imperiyası dövründə sənayeləşməni təcəssüm edən ərazilərin adı da daxil edilib.
UNESCO rəsmilərinin sözügedən sənaye ərazilərini bu siyahısına daxil etməsi Yaponiyanın İkinci Dünya Müharibəsi dövründə həmin zavod və fabriklərdə koreyalıların çox ağır şəraitdə işə cəlb olunduğunu etiraf etməsindən sonra mümkün olub.
Onu da qeyd edək ki, bu ilin Ümumdünya İrsi Siyahısında Türkiyə və İran ərazisindən dörd tarixi ərazinin adı da salınıb.