Accessibility links

UNICEF: Milyonlarla miqrant uşağın həyatı təhlükədədir


BMT-nin uşaq fondu dünya ölkələrini on milyonlarla miqrant uşağın təhlükəsizliyinin təmin edilməsinə çağırıb.

UNICEF-in hesabatında deyilir ki, dünyada 50 milyon uşaq səfər etməkdədir. Onların çoxu ailələri ilə birgə yaxşı həyat sorağında digər yerlərə köçürsə, milyonlarla digərinin həyatının təhlükə qarşısında olduğunu bildirilir.

UNICEF münaqişələrin 28 milyon uşağı evlərini tərk edərkən ciddi risk altına aldığını bildirir. Çox hallarda insanlar qaçaqmalçılar və insan alverçilərinin hədəfinə çevrilir.

UNICEF-in sözçüsü Sara Krou bildirib ki, 2017-ci il ən qorxunc il hesab edilir.

“400 uşaq Avropaya keçməyə can atarkən sularda boğulub. 32 minə yaxın uşaq Liviyada nəzarətxanalara salınıb. Onların 11 mini kimsəsiz uşaqlardır. Qız mövsümündə təkbaşına dağları aşan uşaqlar var. Onlar adalarda ilişib qalır”- deyə, sözçü bildirib.

UNİCEF qaçmaqda olan uşaqların çox hallarda ya deportasiya edildiyini, ya boğulduğunu, ya da nəzarət altına alındığını bildirir. Minlərlə uşaq istismara və təzyiqlərə məruz qalır.

Təşkilat onların təhlükəsziliyi üçün yollar axtarılmasına, uşaqların humanitar və məktəb vizaları ilə təmin edilməsinə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG