Accessibility links

BMT: Ukraynada iki il sürən münaqişənin ən böyük qurbanları uşaqlardır


BMT-nin Uşaq fondu Ukraynada iki ildir sürən münaqişənin təsirlərinə məruz qalan 500 mindən çox uşağın hər gün çəkdiyi əziyyətləri dözülməz adlandırıb.

UNİCEF Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi üsyançıların nəzarət etdiyi ərazilərdə uşaqların fundamental hüquqlarının pozulduğu və ehtiyaclarının təmin edilmədiyini bildirib.

BMT-nin Uşaq fondu hesab edir ki, Ukraynanın şərqində uşaqların münaqişənin nəticəsində məruz qaldığı məhrumiyyətlər sadəcə "müharibənin yan təsirləri" kimi qəbul edilə bilməz. Fond bildirir ki, məhrumiyyətlər və xüsusilə də cəbhə xəttinə yaxın bölgələrdə yaşayan 580 min uşaqdan bəzisinin aldığı travmalar onlara həyatları boyu təsir göstərməyə davam edəcək.

"200 mindən çox, yəni üç nəfərdən birinin psixoloji dəstəyə ehtiyacı var. Zorakılıqlar və döyüşlərin şahidi olmuş bu uşaqlara dərhal dəstək göstərilməlidir"-UNİCEF-in Ukraynadakı nümayəndəsi Ciovanni Barberis

UNİCEF-in Ukraynadakı nümayəndəsi Ciovanni Barberis deyib ki, bu uşaqlar təhsil, yaşayış yeri və oynamaq kimi fundanmental hüquqlarından məhrum olub. Kiyevdən telefon vasitəsilə danşan Ciovanna Barberis bildirib ki, münaqişə nəticəsində məcburi köçkün olmuş 1,6 milyon insandan 215 mini öz yerlərinə qayıtmaya bilər.

"200 mindən çox, yəni üç nəfərdən birinin psixoloji dəstəyə ehtiyacı var. Zorakılıqlar və döyüşlərin şahidi olmuş bu uşaqlara dərhal dəstək göstərilməlidir"-deyə o bildirib.

Regionda hava şəraiti soyuq keçir və Barberis bildirir ki, yanacaq çatışmazlığı və daş kömürün qiymətinin yüksək olması nəticəsində uşaqlarda nəfəs yolları xəstəlikləri riski artır. O, tibbi xidmətlərin olmaması və dərman preparatlarının çatışmazlığı nəticəsində xəstəliklərin yayılması ilə bağlı xəbərdarlıq edib.

Minalar təhlükəsi

UNİCEF-in Ukraynadakı nümayəndəsi deyib ki, uşaqlar üçün minalar və digər partayıcılar böyük təhlükə olaraq qalır. O, Amerikanın Səsinə bildirib ki, minalar və başqa cihazların partlaması nəticəsində ölən və xəsarət alan uşaqların dəqiq sayını öyrənmək üçün bir sistem yoxdur.

Məcburi köçkün qadın uşağı ilə, Donetsk
Məcburi köçkün qadın uşağı ilə, Donetsk

O, UNİCEF-in Səhiyyə nazirliyinin onun sözlərilə "qeyri-real rəqəmlərinə" əsaslandığını deyib.

"Münaqişə nəticəsində həyatını itirən 60 uşaqdan 40-ı minaya düşmələri nəticəsində ölüb, çünki onlar bu cihazların üstündən tullanır. Lakin mən yenə də bunu etibarlı fiqur hesab etməzdim"-deyə Ciovanni Barberis bildirib.

Münaqişənin ilkin mərhələlərində Kiyev hökuməti Ukraynanın şərqində üsyançıların nəzarətində olan ərazilərdə yaşayan insanlara sosial təminatı kəsmişdi. Bu, orada yaşayan insanlar üçün böyük çətinliklər yaratmışdı.

Ciovanni Barberis bildirib ki, hökumət bu sosial təminatı bərpa etməyib, lakin Rusiya bu vəziyyəti bir qədər yumşaltmaq məqsədilə əhalini müəyyən maliyyə dəstəyi ilə təmin edir.

XS
SM
MD
LG