Accessibility links

UNICEF: Amerika uşaqların yoxsulluğu baxımından 37-ci yerdədir


BMT-nin uşaq fondu UNİCEF-in son hesabatında dünyada uşaqların aclıq və yoxsulluq problemindən bəhs edilir.

Bildirilir ki, dünyanın ən zəngin 41 ölkəsində hər beş uşaqdan biri yoxsulluqda yaşayır və hər səkkiz uşaqdan biri normal qidalanmır.

Hesabatda yüksək gəlirin heç də uşaqlara müsbət təsir etmədiyi vurğulanır. Bu, daha çox yoxsulluqla zənginlik arasındakı uçurumu dərinləşdirir.

41 ölkədə keçirilən rəy sorğularının nəticələrinə görə, bu və ya digər yollarla uşaqların rifah halının yaxşılaşdırılmasında uğursuzluq mövcuddur.

UNICEF-in 41 ölkənin yer aldığı siyahısında Norveç, Danimarka, İsveç, İsveçrə, Finlandiya, İslandiya və Almaniya ön sıralardadır. Ən aşağı göstəricilərə isə Çili, Meksika, ABŞ, Bolqarıstan, Rumıniya, İsrail və Türkiyə malikdir.

Uşaqların yoxsulluq aclıq, sağlamlıq və təhsili baxımından Amerika siyahıda 37-ci yerdədir.

Hesabatda qeyd edilir ki, zəngillik və iqtisadi artım uşaqların rifah halını yaxşılaşdırmır.

UNİCEF zəngin ölkələri uşaqların ehtyaclarını siyasi gündəmlərinin mərkəzində yer almasına çağırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG