Accessibility links

UNICEF xəbərdarlıq edir ki, çox sayda uşaq qarşısı alına bilinən xəstəliklərdən ölmək təhlükəsi altındadır


BMT-nin uşaq fondu UNICEF xəbərdarlıq edir ki, COVID-19 pandemiyası zamanı rutin peyvəndlərdə azalma müşahidə olunduğu üçün çox sayda uşağın vaksinlə qarşısı alına bilən xətəliklərdən ölmə ehtimalı var.

UNICEF-in Dünya Uşaqlarının Vəziyyəti 2023 adlı hesabatındakı yeni məlumatlar araşdırılan 55 ölkənin 52-də uşaqlar üçün vaksinlərin əhəmiyyətində inamda əhəmiyyətli dərəcədə azaldığını göstərir. Belə ki, Cənubi Koreya, Papua Yeni Qvineya, Qana, Seneqal və Yaponiyada vaksinasiya nisbəti üçdə bir azaldığı və sadəcə üç ölkədə, Çin, Hindistan və Meksikada insanların vaksinlərin sağlamlığa faydaları barədə müsbət fikirdə qaldıqları qeyd olunub.

Araşdırmada bildirilir ki, əksər ölkələrdə “35 yaşından aşağı insanlar və qadınların pandemiya başlayandan sonra uşaqlar üçün vakinlərə daha az inanmaq ehtimalları yüksəkdir”.

Bu, xüsusilə narahatlıq doğurur, çünki hesabatda təxminən yarısı Afrika qitəsində olmaqla, 67 milyon uşağa üç il davam edən COVID-19 pandemiyası zamanı peyvənd xidmətlərində yaranan fasilələr səbəbilə bir və ya daha çox peyvənd vurulmadığı bildirilir.

Qorxu və dezinformasiya

Hesabatın müəllifləri xəbərdarlıq edir ki, vaksinlərə tərəddüdlə yanaşma təhlükəsi valideynləri uşaqlarına peyvənd vurdurmaqdan çəkindirən vaksinlərin təhlükəsizliyi ilə bağlı yanıltıcı məlumatlar, təcrübəyə inamın azalması və siyasi qütbləşmə kimi səbəblərə görə artır.

“Pandemiyanın pik nöqtəsində alimlər saysız-hesabsız həyat qurtaran vaksinlər inkişaf etdirdi” , UNICEF-in icraçı direktoru Katerin Rassel deyib. “Ancaq bu tarixi nailiyyətə baxmayaraq, bütün vaksinlərlə bağlı qorxu və dezinformasiya virusun özü qədər tez yayıldı”.

İrəliləyişlər pozulub

Səhiyyə agentlikləri bildirir ki, uşaq vaxtında vurulan vaksinlər hər il dünya boyu dörd milyon ölümün qarşısını alır. Ancaq UNICEF xəbərdarlıq edir ki, müntəzəm uşaq peyvəndi ilə uzun illər ərzində əldə edilən qazancların çoxu son üç ildə aradan qaldırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG