Accessibility links

Universal qrip vaksini [Video]


Universal qrip vaksini
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Qripə qarşı mübarizəyə təxminlərə əsaslanan araşdırmadan istifadə edərək xəstəliyin ən geniş yayılmış növünə qarşı mübarizə aparan vaksin hazırlamaq daxildir. Amma alimlər qripə qarşı mübarizədə təxminləri aradan qaldıracaq universal vaksin hazırlamağa çox yaxındır.

Alimlər deyir ki, 1918-ci ildə dünya boyu 50 milyon insanın ölümünə səbəb olan İspan qripi epidemiyası kimi epidemiyanın yayılma riski hər zaman aktualdır.

Bu vaksin sizi qripin demək olar bütün növlərindən qoruyur. Bu isə o deməkdir ki, mövsüm dəyişəndə siz hələ də dəyişməyən virusa qarşı qorunursunuz/
Dr. Antoni Fauçi

Piter Pales kimi alimlər deyir ki, o cür pandemiya tarixə çevrilməyib və narahatlıq mənbəyi olaraq qalır.

“İnsanlar əgər deyil, nə zaman deyə soruşur. Və məncə bu vəziyyəti yaxşı izah edir. Yəni ki, bu mümkündür və biz özümüzü ona qarşı qorumalıyıq,” o deyir.

Pales və onun tədiqatçı həmkarları virusun hər növünə qarşı mübarizə aparacaq universal vaksin inkişaf etdirməyə çalışırlar.

Merilenddə yerləşən Milli Səhiyyə İnstitutunun tədqiqatçıları deyir ki, universal qrip vaksini çox yaxında hazır olacaq.

“Bu vaksin sizi qripin demək olar bütün növlərindən qoruyur. Bu isə o deməkdir ki, mövsüm dəyişəndə siz hələ də dəyişməyən virusa qarşı qorunursunuz,” deyə Dr. Antoni Fauçi bildirir.

Demək vaksin belə işləyəcək: Qrip virusunun üstü formasını dəyişən zülal ilə örtülür və bu zülal daimi olaraq mutasiya olunur.

İndiki vaksinlər bu dəyişkən zülallara hücum edir. Onların daha sonra hansı forma alacağı isə sadəcə təxmin olunur.

Qrip vaksini
Qrip vaksini

Lakin gövdə dəyişməz olaraq qalır. Universal vaksin isə gövdəni hədəfləyir və bu hər il yenidən peyvənd olunmaq ehtiyacını aradan qaldırır.

“Əgər hər şey yaxşı keçsə və heyvanlar üzərində keçirilən sınaqlar nəticə versə, bir neçə il ərzində universal qrip vaksini hazır olacaq,” Pales söyləyir.

Universal vaksin həm də hər il yeni bahalı vaksinlər hazırlamağa son qoyacaq.

“Bu virus yetirşdirmək zəruriyyətini aradan qaldırır,” deyə Dr. Fauçi bildirir.

Ən azı bir universal vaksin artıq klinki sınaqlardan keçilir və sınağı keçirən şirkət tədqiqatını genişləndirmək üçün bu yaxınlarda 27 milyon dollarlıq maliyyə yardımı alıb.

XS
SM
MD
LG