Accessibility links

Azərbaycanda insan hüquqları sahəsində vəziyyət və gələcək addımlar müzakirə edilib


“Universal dövrü icmal: Azərbaycanda vəziyyət və gələcək addımlar” mövzusunda konfrans
“Universal dövrü icmal: Azərbaycanda vəziyyət və gələcək addımlar” mövzusunda konfrans

Dünya ölkələrinin yarıdan çoxu Azərbaycan üzrə insan hüquqları ilə bağlı 170-dən çox tövsiyə irəli sürüb

Azərbaycanın vətəndaş cəmiyyəti daha fəal olmalı və insan hüquqlarının təminatı uğrunda mübarizəni konsolidasiya edilmiş şəkildə aparmalıdır, dünya birliyi isə daha da prinsipial olmalı, ölkə hakimiyyətindən öz beynəlxalq öhdəliklərinə əməl etməsini təkidlə tələb etməlidir. İyulun 17-də Bakıdakı “Universal dövrü icmal: Azərbaycanda vəziyyət və gələcək addımlar” mövzusunda keçirilən beynəlxalq konfransın əsas leytmotivi belədir.

Konfrans yerli QHT-lər – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ), Hüquqi Maarifləndirmə Cəmiyyəti (HHC), İnsan Hüquqları Klubu (İHK), “Qadınlar Rasional İnkişaf Uğrunda” Cəmiyyəti və “İnsan Hüquqları Evi” Norveç Fondu, “Demokratiyaya Dəstək” Milli Fondu (NED) tərəfindən təşkil olunub.

İHK-nin rəhbəri Rəsul Cəfərov deyib ki, konfransda 2013-cü il aprelin 30-da Cenevrədə keçirilmiş müzakirələrin yekunları üzrə İnsan hüquqları Komitəsi tərəfindən qəbul edilmiş İkinci Universal İcmal çərçivəsində irəli sürülən tövsiyələrin reallaşmasına nail olmaq üçün ictimai kampaniyanın aparılması yolları müzakirə edilir.

Həmin müzakirələr zamanı dünya ölkələrinin yarıdan çoxu Azərbaycan üzrə 170-dən çox tövsiyə irəli sürüb, bu da 2009-cu ildə qəbul olunmuş birinci UDİ-də olduğundan iki dəfə çoxdur.

Hakimiyyət öz xoşu ilə islahatlara getməyəcək.
Azərbaycanda insan hüquqlarının vəziyyəti mürəkkəbdir. Əgər əvvəllər vətəndaş cəmiyyəti və beynəlxalq birlik Azərbaycan hökumətinin islahatlara gedəcəyinə inanırdısa, son hadisələr bu illüziyaları heçə endirdi. Hakimiyyət öz xoşu ilə islahatlara getməyəcək. Çünki ədalətli seçkilərin keçirilməsi, müstəqil məhkəmələr və media, toplaşmaq azadlığı, güclü vətəndaş cəmiyyəti bu hakimiyyətin sonu demək olacaq”, - HMC-nin rəhbəri İntiqam Əliyev bildirib.

Hakimiyyətin vətəndaş cəmiyyəti institutlarına total hücumlarından sonra hazırda bir neçə müstəqil QHT, KİV orqanı qalıb, siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılıb.
İ.Əliyev qeyd edib ki, ATƏT-in Bakı ofisi vətəndaş cəmiyyəti layihələrinin dəstəklənməsi üçün şərt irəli sürür - bu, “hökumətlə konstruktiv əməkdaşlıqdır”.

Azərbaycan hökuməti üçün “konstruktiv əməkdaşlıq” insan hüquqlarının pozulması problemlərinə göz yummaq, ölkədə “islahatların aparılmasını” etiraf etməkdir.

Əgər seçkiqabağı ərəfədə ölkədə toplaşmaq azadlığı yoxdursa, mətbuat azadlığı məhdudlaşdırılırsa, siyasi fəallara qarşı repressiyalar davam edirsə seçkilər necə ədalətli keçirilə bilər?
İ.Əliyev ədalətli seçkilərin keçirilməsinə ümidvar olduğunu bəyan edən ABŞ səfiri Riçard Morninqstarın son bəyanatını tənqidi qiymətləndirib.

“Əgər seçkiqabağı ərəfədə ölkədə toplaşmaq azadlığı yoxdursa, mətbuat azadlığı məhdudlaşdırılırsa, siyasi fəallara qarşı repressiyalar davam edirsə seçkilər necə ədalətli keçirilə bilər?”, - o vurğulayıb.

Amerikanın USAİD təşkilatı isə hökumətyönlü QHT-lərə 1,5 mln. dollar vəsait ayırıb.

BMT-nin toplaşma və birləşmə azadlığı üzrə xüsusi nümayəndəsi Mayna Kiay skype vasitəsilə konfransa qoşulub. O, tədbirdə iştirak etməli idi, lakin texniki səbəblərdən, poçtla vizası vaxtında çatdırılmadığından səfər baş tutmayıb.

Mayna Klay deyib ki, toplaşmaq azadlığı seçici hüququnun mühüm tərkib hissəsidir. Odur ki, seçki ərəfəsində toplaşmaq
Azərbaycanda seçkiqabağı toplaşmaq azadlığının vəziyyəti gərgin olaraq qalır.
azadlığı adi vaxtlarda olduğundan daha vacibdir.

Onun fikrincə, Azərbaycanda seçkiqabağı toplaşmaq azadlığının vəziyyəti “gərgin olaraq qalır”.

BMT xüsusi nümayəndəsi Azərbaycan hakimiyyətini heç bir şərt qoymadan İnsan Hüquqları Evi Norveç Fondunun yerli şöbəsini qeydiyyata almağa, həmçinin birləşmə hüququna hörmətlə yanaşmağa, digər QHT-ləri qeydiyyata almağa çağırıb.

Kiay dinc nümayişçilərdə iştiraka görə cərimələrin artırılmasını kəskin tənqid edib. O deyib ki, sentyabrda dünyada toplaşmaq azadlığının vəziyyətinə dair hesabat hazırlayacaq və bura Azərbaycandakı vəziyyət də daxil olacaq.

O bildirib ki, Azərbaycan hökuməti onu səfərə dəvət edib və 2014-cü ildə bu səfər reallaşacaq

İnsan Hüquqları Evi Norveç Fondunun Cenevrə ofisinin rəhbəri Florian İrminger diqqəti Azərbaycanda insan hüquqları problemi ilə bağlı dünya birliyinin münasibətinin dəyişməsinə yönəldib.

İndiki icmalda Amerika Bakının mərkəzində mitinqlərin qadağan olunmasını qeyd edir.
Belə ki, 2009-cu ildə birinci UDİ 2013-cü ildəki ilə müqayisədə “zəif” olub. Məsələn, 2009-cu ildə hətta ABŞ toplaşmaq azadlığı ilə bağlı hər hansı iradını bildirməyib və bu sahədə əməkdaşlığa hazır olduğunu bəyan edib. İndiki icmalda Amerika Bakının mərkəzində mitinqlərin qadağan olunmasını qeyd edir.

Böyük Britaniya da sıx enerji əməkdaşlığına baxmayaraq, tənqidlə çıxış edib.

Bundan əlavə, bu ilin əvvəlində AŞPA, Avropa Parlamenti Azərbaycana dair kəskin bəyanat qəbul edib. ATƏT də bu prosesə “ləng” qoşulur.

İrminger qeyd edib ki, Cenevrə sessiyasında rəsmi Bakı tövsiyələrin yerinə yetirilməsindən imtina etdiyini bildirməyib. Sentyabrda hökumət seçki öncəsi hakimiyyətin hansı öhdəlikləri üzərinə götürməsi ilə bağlı BMT İnsan Hüquqları Komitəsinə cavab verməlidir.

RATİ-nin direktoru Emin Hüseynov bildirib ki, ölkənin vətəndaş cəmiyyəti UDİ-nin tövsiyələrinin yerinə yetirilməsini fəal tələb etməlidir.

“Biz sənədi Azərbaycan dilinə tərcümə edəcəyik və 300 ünvan üzrə polis rəislərinə, hakimlərə, digər vəzifəli şəxslərə göndərəcəyik ki, onlar bu barədə bilsinlər və tövsiyələrə əməl etsinlər”, - o vurğulayıb.

Diskussiyalara yekun vuran “Qadınlar Rasional İnkişaf Uğrunda” Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl deyib ki, vətəndaş cəmiyyəti fəallarının sırasının azalmasına baxmayaraq, onların fəaliyyətinin səmərəliyi artıb.

“Ola bilsin ki, səfirliklər və beynəlxalq qurumların yerli ofisləri insan hüquqları problemlinə elə də aktiv reaksiya vermir. Lakin bizim beynəlxalq hüquq-müdafiə təşkilatları ilə əməkdaşlığımız dünyanın Azərbaycandakı problemlərə diqqətinin artmasına xidmət edib və ikinci UDİ üzrə 170 tövsiyənin olması bundan xəbər verir. Biz bu istiqamətdə səylərimizi davam etdirməliyik”, o bildirib.

Hökumət qurumlarının nümayəndələri tədbirə dəvət alsalar da, qatılmayıblar.
XS
SM
MD
LG