Accessibility links

Kaliforniya universitetində Azərbaycanlı Tələbələrin Assosiasiyası yaradılıb


Qrup Azərbaycanın tarixi və mədəniyyəti haqda məlumatların artırılması istiqamətində fəaliyyət göstərəcək


Kaliforniya ştatının İrvin universitetində ilk dəfə olaraq Azərbaycanlı Tələbələrin Assosiasiyası yaradılıb. Bu, həm də ABŞ-ın Qərb bölgəsindəki universitetlər sistemində azərbaycanlı tələbələrin qeydiyyatdan keçdiyi ilk belə assosiasiyadır.

Təşkilat Kaliforniyanın İrvin universitetində təhsil alan azərbaycanlı tələbələr Nazilə Həsənova, Aytən Nəbiyeva və Rəfiqə Qurbanzadə tərəfindən təsis edilib.

Qrup yaxın zamanlardan başlayaraq, Azərbaycanın tarixi və mədəniyyəti haqda məlumatlar və biliklərin geniş universitet-tələbə icmasına çatdırılması istiqamətində fəaliyyət göstərəcək. Tələbələr bu məqsədlə elmi-təhsil mövuzlarında müxtəlif ictimai tədbirlər keçirilməsini planlaşdırıb.

Kaliforniya universitetində Azərbaycanlı Tələbələrin Assosiasiyası haqda məlumatı qrupun Facebook səhifəsində almaq olar.


https://www.facebook.com/UCAzeris?fref=ts
XS
SM
MD
LG