ABŞ Senatının Kəşfiyyat Komitəsinin rəhbəri, demokrat senator Mark Uorner Twitter Inc-in Facebookun etdiyi kimi Rusiyanın sosial mediada son gizli fəaliyyətləri barədə hesabat verməli olduğunu deyib.
Senator bu çağırışı Facebook-un açıqlamasından bir gün sonra edib.
Facebook ötən ilki prezident seçkilərindən öncəki siyasi proseslə Rusiyanın bağlantısının olduğunu açıqlayıb.
Sosial media nəhəngi daxili istintaqının detallarını açıqlayıb. Həmin məlumatlarda Rusiyaya bağlı olan saxta hesablardan minlərlə siyasi reklamın yerləşdirildiyi göstərilir. Bu açıqlama Moskvanın ötənilki seçki kampaniyasına müdaxiləsi ilə bağlı narahatlıqları artırıb.
100 min dollar dəyərində reklamlar yerləşdirən saxta hesabların Sankt Peterburqda saxta hesablar vasitəsilə Rusiya hökümətinin mövqeyini təbliğ edən şirkətə bağlı olduqları aşkar olunub.
Facebook məsələ ilə bağlı aparılan federal istintaqada yardım edir.
Hazırda ABŞ-ın xüsusi prokuroru Rusiyanın ABŞ seçkisinə müdaxiləsini və onların prezident Donald Trampın əməkdaşları ilə hər hansı əlaqəsinin olub-olmadığını araşdırır.