Bu ay Kampalada 76 nəfərin ölümü ilə nəticələnən terror hücumundan sonra, bu gün Afrika Birliyinin sammitində çıxış edən Uqanda prezidenti Yoveri Museveni Afrika ölkələrinin terrorrizmlə mübarizəni gücləndirməli olduğunu deyib. Uqanda prezidenti ölkə liderlərini qitəni terrorçulardan tamamilə təmizləməyə çağırıb.
Sammitdən əvvəl verdiyi bəyanatda prezident Moseveni demişdi ki, Uqanda ordusu iyun ayının 11-də Kampalada onlarla insanın ölümü ilə nəticələnən terror hücumlarında əli olan Somalinin Əl-Şabab yaraqlı qrupunun izinə düşəcək. Uqanda ordusu Afrika Birliyinin sülhməramlı AMİSOM hərbi qüvvələri ilə birlikdə Somalinin zəif hökumətini dəstəkləyir.