Accessibility links

Ural Hatəmi: Sepah post-Xameneyi erası üçün plan hazırlayır


Ural Hatəmi

Ural Hatəminin dediklərinə görə, Seyyid Əli Xameneyi və İnqilab Keşikçiləri Korpusu (Sepah) birlikdə ‘Xameneyi sonrası’ İranın siyasətini indidən dizayn etməyə çalışırlar. “Maduniyyət” jurnalının yazarı Amerikanın Səsi ilə söhbətdə Sepahın ölkənin iqtisadi və siyasi qurumlarındakı nüfuzunu şərh edib.

Ural Hatəmi Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:48 0:00

Sepahın fəaliyyətlərinin hərbi və iqtisadi fəaliyyətlərə məhdud olmadığını vurğulayan Ural Hatəmi bu qurumun teknologiyadan mədənəiyyətə qədər bütün sahələrə yayıldığına diqqət çəkir. Hatəminin Sepahın iqtisadi fəaliyyətləri ilə bağlı məqaləsi Ankarada nəşr edilən Maduniyyət dərgisinin 3-cü sayında dərc edilib.

Sepahın ələ keçirdiyi iqtisadi qaynaqlar İranın ən çox pul gətirən qaynaqlarıdır. Təbii qaz, neft, yol inşaatı, banklar. Sepahı iqtisadiyyatın hər yerində görürük. Sepah bütün bu sahələri ələ keçirmiş və öz inhisarına almışdır.

“Sepahın İranın siyasi strukturundakı yeri sadəcə iqtisadiyyat deyil. Onu bütün sahələrdə görə bilirik. Yəni kültürdən tutun iqtisadiyyata, oradan siyasətə, siyasətdən topluma, Sepahı hər yerdə görmək olar. Siyasi qanadlar və ya siyasi hizblərdə də Sepah üzvü insanları görürük. Sepah İranın hər köşə-bucağına yayılmış bir sistemdir,” araşdırmaçı deyir.

O, Sepah ilə yaxşı münasibət qurmayanların İran siyasətində ayaqda qala bilməyəcəyini ifadə edir:

“Siyasətin pərdə arxası bir tərəfə, əgər siyasətin açıq tərəfini danışmaq istəsək, İranda millət vəkilləri və nazirlərin çoxu həyatlarının bir dönəmini Sepahda keçiriblər... Bir gerçək vardır, Sepahla yaxşı münasibəti olmayanlar siyasətdə ayaqda qala bilməzlər. İslahatçılar və ya daxildəki müxalifət də Sepahla münasibətini yaxşı tutur. İslahatçıların böyük bir bölümü Sepahdan gəlir. Hətta islahatın başçıları və bu hərəkatı yaradanlar da Sepahdan gəlmişlər və Sepahla münasibətlərini saxlayırlar."

İnqilab Keşikçiləri Korpusunun ələ keçirdiyi iqtisadi mənbələr, Ural Hatəminin sözlərinə görə, “İranın ən çox pul gətirən qaynaqlarıdır. Təbii qaz, neft, yol inşaatı, banklar. Sepahı iqtisadiyyatın hər yerində görürük. Sepah bütün bu sahələri ələ keçirmiş və öz inhisarına almışdır.”

Sepahən Xatəmül-ənbiya qərargahında teknologiya ilə də əlaqələnirlər. İranın fərqli universitetlərində yetişdirilən mühəndisləri və ya əsgərlik yaşına gələn başarılı gəncləri alıb bu növ yerlərdə işlədirlər.

Hatəmi Sepahın mütəxəssis gənc qüvvələri cəlb etməkdə də çətinlik çəkmədiyini deyir:

“Sepahən Xatəmül-ənbiya qərargahında teknologiya ilə də əlaqələnirlər. İranın fərqli universitetlərində yetişdirilən mühəndisləri alıb, orada işlədirlər. Əsgərə getmə yaşına gələn başarılı gəncləri alıb bu növ yerlərdə onların bilgilərindən, onların araşdırma qabiliyyətindən yararlanırlar. Əlbəttə bu teknologiya nə səviyyədə bir teknologiyadır, o da başqa bir mövzudur.”

Araşdırmaçının söylədiklərinə görə, təsis edildikdən bəri nüfuzunu bütün sahələrdə artırmaqda olan İnqilab Keşikçiləri Korpusu hazırda da Xameneyinin ölümündən sonrakı İran siyasətini dizayn etməyə çalışır.

“Keçən aylarda Amerikanın Sepahı sansiyalar siyahısına almasından sonra, İran mediasında dərc olunan analizlərə baxanda görürük ki, Sepahın gələcək üçün bir hazırlığa girdiyini yazırlar. Bunun ən önəmli nümunəsi, Sepahın başçılarından üçünün dəyişdirilməsi idi. Bunun başında Xameneyi mi var, ya Sepahın içindəki generallar mı? Bunu birlikdə edirlər. Məncə, İranın gələcəyində, böhranlar və krizlərdə Sepahı indidən hazırlayırlar. Əslində 30 ildir hazırlayırlar. Buna görə Sepaha bu qədər imkan təmin edildi,” araşdırmaçı bildirir.

Bir gerçək vardır, Sepahla yaxşı münasibəti olmayanlar siyasətdə ayaqda qala bilməzlər.

Ural Hatəmi əlavə edir ki, “Sepah və Xameneyi ‘Xameneyi sonrası’ dönəmin planını və xəritəsini çəkməyə çalışırlar. Biz bunu həyata keçirilən fəaliyyətlər və dəyişikliklərdən görə bilirik... Ruahnidən soran gələcək olan prezidentin də Sepahın mənsubu olan bir komandirin olacağı danışılır.”

İranın dini lideri Sepah komandirləri ilə birlikdə
İranın dini lideri Sepah komandirləri ilə birlikdə

Şərhlərə bax

XS
SM
MD
LG