Mütəxəssislərin fikrincə, son peyk görüntüləri Şimali Koreyanın əsas Yonbyon nüvə kompleksində uran zənginləşdirmə zavodunu genişləndirdiyini göstərir.
Bu qiymətləndirmə Şimali Koreyanın ABŞ ilə uzun müddət davam edən nüvə tərksilahı danışıqları fonunda son altı ayda ilk raket sınaqları ilə gərginliyi artırmasından sonra gəlir.
"Zənginləşdirmə zavodunun genişlənməsi çox ehtimal ki, Şimali Koreyanın Yonbyon sahəsindəki silahlı uran istehsalını 25% artırmağı planlaşdırdığını göstərir"- deyə, Middlebury Beynəlxalq Araşdırmalar İnstitutundan Ceffri Levis və digər iki mütəxəssis bildirib.
Məlumatda deyilib ki, Maxar peyk görüntü şirkətinin çəkdiyi fotoşəkillərin zavod Yonbyondakı uran zənginləşdirmə zavoduna bitişik bir ərazidə inşa edilir.
Sentyabrın 1-də çəkilmiş peyk görüntülərində Şimali Koreyanın ağacları təmizlədiyini, tikintiyə zəmin hazırladığını və bir tikinti ekskavatorunun da göründüyü bildirilir.
Sentyabrın 14-də çəkilən ikinci bir görüntüd ərazini bağlamaq üçün tikilmiş divar, təməl üzərində iş və yeni qapalı əraziyə çıxışı təmin etmək üçün zənginləşdirmə binasının yanından çıxarılan panellər göstərildiyi bildirilir.
Deyilir ki, yeni sahə təxminən 1000 kvadrat metrdir və 1000 əlavə santrifuqa yerləşdirmək üçün kifayət qədər yer tutur ki, bu da zavodun yüksək zənginləşdirilmiş uran istehsal etmək qabiliyyətini 25% artıracaq.
Şimali Koreya Yonbyon kompleksini nüvə proqramının ürəyi adlandırır.
Şimali Koreya lideri Kim Çen In 2019-cu ilin əvvəlində sabiq prezident Donald Trampla zirvə görüşündə ona böyük sanksiyalar tətbiq ediləcəyi təqdirdə bütün kompleksi sökməyi təklif etmişdi. Lakin amerikalılar Kimin təklifini rədd etmişdilər. Bekə ki, bu, məhdud nüvəsizləşdirmə addımı hesab edilmişdi.