Accessibility links

Kyivdə zorakı iğtişaşlar planlaşdırmaqda şübhəli bilənən qrup həbs edilib


Ukrayna Milli Polisin rəisi İqor Klimenko
Ukrayna Milli Polisin rəisi İqor Klimenko

Ukrayna hakimiyyət orqanları paytaxt Kyiv də daxil olmaqla, ölkə daxilində zorakılıq xarakterli ictimai aksiyalar planlaşdırmaqda şübhəli bilinən bir qrup şəxsi saxladığını xəbər verir.

Daxili işlər naziri Denis Monastırski yanvarın 31-də Kyivdə keçirilən mətbuat konfransı zamanı jurnalistlərə bildirib ki, şübhəlilər bir gün əvvəl tutulub. O, saxlanılanların dəqiq sayını açıqlamayıb.

“Onların planı 5000 nəfərə qədər iştikaçısı olan etiraz aksiyası təşkil edərək hüquq-mühafizə orqanlarına və nümayişdə iştirak edən insanlara qarşı zorakı hücumlar yolu ilə Ukraynada vəziyyəti qeyri-sabitləşdirmək idi” - deyə, Monastyrskiy bildirib. O, həmçinin əlavə edib ki, 1500-ə qədər insan etirazçılarla polis arasında toqquşmaları alovlandırmağı planlaşdırıbmış.

Nazirin sözlərinə görə, hüquq-mühafizə orqanları bir qrup tibb işçisinin planlaşdırılan toqquşmalara gəlməyə hazır olduğunu ortaya çıxarıb. Onların məqsədi saxta fəalların aldıqları yaraların televiziya kanallarında nümayiş etdirilməsi imiş.

Monastırski "qrup tərəfindən planlaşdırılan nümayişləri" 2014-cü ildə Krımda Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilməzdən əvvəl keçirilən nümayişlərlə müqayisə edib.

Nazir bildirib ki, hazırda ukraynalı müstəntiqlər saxlanılan qrupla Rusiyanın xüsusi xidmət orqanları arasında əlaqə olub-olmadığını araşdırır.

Ölkənin Milli Polisin rəisi İqor Klimenko keçirilən mətbuat konfransında jurnalistlərə bildirib ki, saxlanılanlar arasında tədbirin təşkilatçısı, onun köməkçisi olmaqda şübhəli bilinən şəxslər də var. O əlavə edib ki, şübhəlilərdən ikisi Ukrayna vətəndaşıdır.

Klimenkonun bildirdiyinə görə, qrup iğtişaşlarıın sifarişçilərindən qismən ödəniş kimi 1 milyon qrivnyadan (34,500 ABŞ dolları) çox pul alıb. İğtişaşların birincisi yanvarın 31-də Kyivdə Ukrayna prezidentinin ofisinin qarşısında keçirilməli idi.

“Hazırda iğtişaşları kimin sifariş etdiyini və əsas faydalananların kim ola biləcəyini tapmaq üzərində işləyirik. Bununla belə biz başa düşürük ki, Ukraynada vəziyyətin sabitliyinin pozulmasında kim maraqlıdır" - deyə Klimenko, bildirib.

Mətbuat konfransı Rusiyanın Ukraynaya həyata keçirəcək mümkün genişmiqyaslı işğalı ilə bağlı narahatlıqlar fonunda baş tutub.

ABŞ rəsmiləri daha əvvəl bildirib ki, Rusiya təxribat hadisələri təşkil edə və Ukraynada daxili sabitliyi pozmaq səylərinin iştirakçısı ola bilər.

XS
SM
MD
LG